SON XƏBƏRLƏR
ANA DİLİM

MAHİLƏ QURBANOVA
"İctimaifikir.az" Xəbər Portalının
baş redaktoru, şair, müəllimə
Ana dilimdədir mənim qələmim,
Bu dildə danışıb ilk müəllimim.
Anamın dilidir,cahan dilimdir,
Keçmişim, bu günüm,gələcəyimdir.
Dillərin içində taleh payımdır,
Qəlbimdə yenilməz taxt sarayımdır.
Əzəmət payımdır,qüdrət payımdır,
Zülmətə nur saçan parlaq ayımdır.
Bu dildə qəmlənib sevinirəm mən,
Dilimlə fəxr edib öyünürəm mən.
Bu dil laylalarda,bayatılarda
Dilimdə gözəldir,zarafatlar da...
Dillərin içində ən gözəlidir,
Doğmadır,əzizdir həm özəlimdir.
Tarixin silinməz səhifəsində
Danılmaz köklərin ən əzəlidir!
Bu dildə yazmışam "Ana" sözünü,
Sevdim bu dildə mən "Vətən" sözünü.
And içdi bu dildə Vətən övladı,
Yazdı tarixlərə "Zəfər" sözünü!!!
Tarixin sınağından çıxdı üzüağ,
Zəngin dilimizi sevək,qoruyaq!
Ulu babalardan bizə əmanət,
Axı əmanətə olmaz xəyanət!..
Başqa dil öyrənin,zəka işidir,
Məharət,iradə,bilik işidir.
Öz dilin qoruyub göz üstə tutmaq,
Sədaqət,fəxarət,hörmət işidir!
01.08.2026



ictimaifikir.az@mail.ru