SON XƏBƏRLƏR
DYP kapitanı Emil Seyidov qadını necə qorxutdu?..

 XEYRƏDDİN QOCA: "Polisin şərəfli adını belələri ləkələyir!"

      
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"İyunun 14-də gündüz saat 11-12 radələrində Yasamal rayon DYP əməkdaşları qızımın maşınını saxlayıb, sürücülük vəsiqəsini və texniki pasportunu almışlar, "maşına həbs qoyulmuşdur, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq” demişlər. Qızım müfəttişlərə bildirmişdir ki, "elə indi işdən icazə alıb çıxmışam (iş yerində təsdiq edə bilərlər), cəriməni ödəməyə gedirəm, çünki bir neçə dəfə poçta getmişəm, hələ kompüterə salınmadığını bildiriblər”. Müfəttişlər deyiblər ki, "get Yasamal Polis İdarəsində ödə! Sənədlərini də oradan götürərsən!”. Qızım məcbur olub ora getmiş, qapısında "E.Seyidov” yazılmış polis kapitanı qızı kabinetə dəvət etmiş və ona demişdir: "Görürəm məzlum-məzlum baxırsan, haralısan?”. Qız doğulduğu yeri bildirmiş, E.Seyidov soruşmuşdur: "Cibində nə qədər pulun var?”. Qız yanındakı iş yoldaşı olan qadını göstərərək demişdir ki, "indi iş yoldaşımdan 200 manat borc almışam, onun 93 manatını cəriməni ödəmək üçün poçta gedirəm”. E.Seyidov: "Get, cəriməni ödə, indi 100 manat da mənə ver, gedim məhkəmədə işi düzəldim”.

Qızım maşının cərimə meydançasına aparılmasından, sürücülük vəsiqəsini və texniki pasportu ala bilməyəcəyindən qorxaraq, həm də hüquqlarını bilmədiyi üçün Emil Seyidova 100 manat verməyə məcbur olmuşdur. Beləliklə, kapitan Emil Seyidov 100 manat rüşvət almışdır.

Qız ayda 200 manat maaş alır, mənim köməkliyimlə iki uşaqla birgə ağır həyat keçirir. Emil Seyidov da onun maaşının yarısına ortaq olmuşdur. Qız ağlaya-ağlaya əhvalatı mənə anlatdı. Mən də Yasamal Rayon Polis İdarəsinin rəhbərliyini axtardım, heç kimi tapa bilmədim. Sonra DİN-ə zəng vurdum, yenə heç kimlə danışa bilmədim.

Bu Emil Seyidovdan soruşmaq lazımdır ki, o, 100 manata məhkəmədə nə iş görəcəkdi? Bir ucdan hamıdan rüşvət alan bu adam öz "iş üsulu” ilə polisdə nə qədər işləyə bilər?

Nəhayət, mən bu əhvalatı iyunun 14-də Facebook səhifəmdə yazdım, 400-ə qədər rəy gəldi, hamı polis işçisini qınadı və lənətlədi! İyunun 15-də isə "Xəbərlenti.com” saytında mənim sosial mediada paylaşdığım fikirlər bir daha ictimaiyytə çatdırıldı. 

Polisin şərəfli adını belələri ləkələyir!".





[email protected]