Lənkəran şəhəri Həzi Aslanov adına 3 nömrəli tam orta məktəbdə "Dahi şəxsiyyət" adlı tədbir keçirildi

Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev hər zaman xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi.  Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.
Dahi Öndəri anmaq məqsədilə keçirilən silsilə tədbirlər davam etdirilir. Bunlardan biri də 10 may 2024-cü il tarixində Lənkəran şəhəri Həzi Aslanov adına 3 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən "Dahi şəxsiyyət" adlı tədbir keçirildi.Tədbir Dövlət Himni ilə başlandı. Heydər Əliyevin və Azərbaycanın ərazì bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Maraqlı təqdimatlar və çıxışlar oldu.

Məktəbin direktoru Aqil Sadiyev, tarix fənn metodbirləşmə rəhbəri Reyhanə Tağıyeva məruzə etdilər.Məktəbin şagird parlamentinin sədri, mətbuatda Uşaq və Gənclər Birliyinin sədri, xaricdə ölkəmizi hər zaman çıxışları ilə təbliğ edən 10-cu sinif şagirdi Aytac Qurbanova "HEYDƏR ƏLİYEV FENOMENİ" adlı məqalə ilə ilə çıxış etdi.
Aytac Qurbanova tədbir üçün hazırladığı məqalədə Azərbaycanın memarı Ulu öndər Heydər Əliyevin Vətəninə, xalqına, millətinə olan sonsuz sevgisindən,misilsiz xidmətlərindən,milli bəşəri insan olduğundan bəhs edirdi. Tədbir məktəbin şagirdlərinin Ulu öndər Heydər Əliyevə həsr etdikləri təqdimat,musiqi və şeirlərlə davam etdi.




[email protected]