Biz hara gedirik?!

 Biz hara gedirik?!


 

 

 

 

 

 

 

 

 

 

 


 

 


Niyə mövzunu bu sualla başlayıram? Cəmiyyətdə gedən proseslər, xüsusən gənclərin böyük bir qisminin sosial şəbəkələrə olan aludəçiliyi bizi bu barədə düşünməyə çağırır. Həm də nəinki 17-30 yaşlı gənclər, elə orta yaş dövrünü yaşayan insanlar da bu "bəla”dan kənarda deyillər. Adamlar tanıyıram ailəli, evli-başlı insanlardı, uşağın istəyi ilə, narahatçılığı ilə maraqlanmaqdansa, tanımadığı qadın və ya kişinin yazdığı mesajlar onun üçün önəmli olur. Gecənin hər hansı saatınacan yuxusuz qalmaq, beyinə və gözlərə təsir edərək onu yorğun və narahat hala gətirən bu sosial şəbəkə bunun üçünmü yaradılıb?! Gecənin üçdə birini yatıb, səhər isə gedən hər hansı sahənin işçisi görəsən işdə özünü necə hiss edə bilir? Yorğun, narahat insan ona aid olan işin öhdəsindən gələ bilirmi?

Bu gün az qala narkotik aludəçilik səviyyəsinə gətirilən bu yeni dünyanın biznes oyunlarının qurbanına çevrilən bu asılı insanların aqibəti nə ilə nəticələnəcək?! Heç kəslə söhbətə maraqlı olmayan, ancaq öz virtual dünyasında yaşayan belələri. Sosial şəbəkələri sevgi, hətta evlilik oyununa çevirdiklərindən özlərinin də xəbəri yoxdu sanki və ya xəbərsiz kimidilər.

Dünya bu biznesdən yetərincə yararlandığı üçün insan amili ikinci plandadır. Hər kəs düşüncəsi ilə deyil, ona xoş olan əhvalla yaşamaq heç də uğur gətirməz insana. Bir sual düşündürür: Necə edək ki, bu xoşagəlməz telefon aludəçiliyindən uzaqlaşa bilək? Onu həyatımızın probleminə çevirmək lazımdırmı?!

Məktəb vətəndaş yetişdirən məbəddir. Orda gənc nəslə həm təhsil, həm təlim, həm də tərbiyə verilir.

Əgər şagirdlər telefonları ciblərində məktəbə gəlib, orda da çox qismi sosial şəbəkələrdə "oynayırlar”sa, bunun günahkarı kimdir?! Onu bahalı telefonla məktəbə göndərən valideyn, yoxsa sinifdə buna göz yuman müəllim?

Məncə hər ikisi. Nəticədə uduzan yenə də biz oluruq. Gəncin mənəviyyatı söz mövzusudursa, niyə susmalıyıq. Məktəb həmişə yetirdiyi nümunəvi şagirdlərin sadalamaqla öz borcunu yerinə yetirmiş olur. Bəs tərbiyə olunmamışlara kim cavabdehdir? Müəllimin günahımı və ya cəmiyyətə inteqrasiyanın çətin olması. Yeri gəlmişkən, müəllimlərin diqonastik qiymətləndirilməsində şagird sevgisini qazanan, sinifdə əziyyət çəkən müəllimlərdən çox, altı saat dərslə kifayətlənib, repitetirliklə pul qazanan müəllimlər (yoxsa repitetirlər desəi daha düz alınar) daha çox bal toplayaraq, bu işdə də irəli düşdülər.

Əsl müəllim isə sinifdə biliyini göstərən, şagirdlərin məhəbbəti qazanandır. Bu məsələlər də cəmiyyətdə bir mənalı qarşılanmır. Haqsızlığa uğrayanlarsa mənəvi zərbə alaraq depressiyaya düşür.

Biz hara gedirik?! Haqq və ədaləti tapıb, ədalətsizliyə son qoymağa. Bunu bacara biləcəyikmi?!.




[email protected]