SON XƏBƏRLƏR
Doğum günün mübarək, əziz Asya!

9 iyul - ailəmizin sevinci, ən gözəl hədiyyəsi olan Asyanın 8 yaşı tamam olur!
Əziz Asyamız, sənə sağlam, xoşbəxt, uğurlu və mənalı bir ömür arzulayırıq. Qoy hər yeni yaşın sənə yeni biliklər, gözəl dostlar, böyük uğurlar və unudulmaz xatirələr bəxş etsin. Ürəyin həmişə mərhəmətlə, gözlərin ümidlə, yolun isə işıqla dolu olsun.
Arzu edirik ki, sən milli-mənəvi dəyərlərinə bağlı, Vətənini sonsuz sevən, bayrağını daim uca tutan layiqli Azərbaycan övladı kimi böyüyəsən.
Sən artıq Bütövləşmiş Azərbaycanın gələcəyisən. Bu müqəddəs torpağın inkişafına töhfə verən, xalqına faydalı olan, elmli, vicdanlı və vətənpərvər bir insan kimi hər zaman qürur mənbəyimiz olasan.
Allah səni qorusun, yolunu daim işıqlı etsin, kiçik ürəyinin bütün arzularını gerçəkləşdirsin.
8 yaşın mübarək, əziz Asyamız!
Səni sevən bütün doğmalarımız, ailəmiz adından  
Gülnar Süleymanova
09.07.2026



ictimaifikir.az@mail.ru