Gözün aydın, Qarabağ, Vətən!

 Gözün aydın, Qarabağ, Vətən!
Xanımqız Babayeva
Bakı şəhəri, "Zəngi” liseyinin  tarix  müəllimi, 
tarix-coğrafiya  fənn  kafedrasının  sədri,
"Azərbaycan bayrağı”  media mükafatı laureatı

 
Yenicə işıq üzü görən "Zirvədəki Azərbaycanlılar - VI hissə" kitabından: 



Babayeva Xanımqız 1957-ci ildə, aprelin 11-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı şəhəri 62 №-li orta məktəbin 1-ci sinfinə daxil olub. 1974-cü ildə məktəbi müvəffəqiyyətlə  bitirib. 1974-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1979-cu ildə ali məktəbi qurtarıb pedaqoji fəaliyyət ilə məşğul olub. 1994-cü ildən Nizami rayonunda yerləşən "Zəngi” liseyində tarix müəllimi, tarix-coğrafiya fənn kafedrasının sədri vəzifəsini icra edib və edir.
Nazirliyin tapşırığı ilə Azərbaycan tarixi fənninin (yeni dövr III, IV və ən yeni dövr II, III) bölümü üzrə işlənmiş  Təhsil Nazirliyinə təqdim olunmuş elektron audiovizual tədris sistemi (multimedia) haqqında rəy yazaraq  Nazirliyə təqdim etmişdir. 
2010-cu ildə Təhsil Nazirinin sərəncamı ilə tarix dərsliklərinin yenidən işlənməsi və bəzi dəyişikliklərin edilməsilə əlaqədar olaraq, X.Babayeva 8-ci sinif Orta əsrlər tarixi dərsliyində verilmiş bütün mövzular haqqında ətraflı elmi rəy hazırlamış və Nazirliyə təqdim etmişdir.
2003-cü ildə "Təhsildə keyfiyyət illərinin davamı” ilə əlaqədar keçirilən "Pedaqoji mühazirələr” müsabiqəsinin rayon mərhələsində II yer və "İlin ən yaxşı fənn kabineti” müsabiqəsinin rayon mərhələsində I yer tutduğuna görə Nizami Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanları ilə təltif edilmişdir. 
1. "Şagirdlərdə vətənpərvərliyin formalaşdırılması təcrübəsindən” - mövzusunda 2010 № 4 Kurikulum jurnalında məqaləsi çapdan çıxmışdır.
2. "Elm və təhsil” qəzetinin may 2003-cü il tarixli sayında  "Qabaqcıl pedaqoq” başlığı altında B.Xanımqız müəllimə haqqında məqalə nəşr edilmişdir.
3. "Azərbaycan müəllimi” - 18 fevral 2005-ci il qəzetində məzunlarının "Prezident təqaüdçüsü” məqalədə Xanımqız B. Haqqında məlumat verilmişdir.
4. Təhsil və zaman” - 2011, 29 oktyabr qəzetində "Zəngi liseyinin əlamədar günü”nün əldə edilməsində iştirak edən müəllim kollektivini biri də Xanımqız B. fotoda göstərilmişdir. 
2008-ci ildə peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədilə keçirilən "Mədəd” kursunu, "İntel - gələcək üçün təhsil” proqramı səviyyəsində keçirilən Təhsil layihələrinin hazırlanması kursunu tam bitirib...
XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi MMC tərəfindən birinci (I) dərəcəli sertifikatla təltif edilib. 
2007-ci ildə X.Babayeva "Biz Heydər Əliyev irsini öyrənirik” müsabiqəsinin rayon mərhələsində elmi-tədqiqat layihələri nominasiyası üzrə  III yer tutduğuna görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən Fərxi fərmanla təltif olunmuşdur.
Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş "İnnovativ Müəllim - 2015” layihəsində "Pedaqoji ideyalar portfolosu” nominasiyası üzrə I (birinci) yerə layiq görülmüşdür.
"Öyrən, inkişaf et, yarat” İnnovativ Müəllim Müsabiqəsi - 2016” layihəsində "Pedaqoji ideyalar portfolosu "Ən maraqlı məktəb tədbiri” nominasiyası üzrə I (birinci) yer tutduğuna görə təltif olunur.
"Heydər Əliyev və Azərbaycan diasporası” mövzusunda geniş elmi-bədii kompazisiya hazırlamışdır. "Alman faşizm üzərində Qələbənin 70 illiyinə dair” elmi - bədii kompazisiya hazırlamışdır.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş "Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilmiş Bakı məktəblilərinin  elmi-praktik konfransında dinlənilmiş məruzələr toplusunda: Elmi rəhbər, Babayeva  Xanımqızın rəhbərliyilə XI  sinif şagirdi Telman İsmayılov "Azərbaycan Səlcuq imperiyasının tərkibində” mövzusu məqaləsi çap edilmişdir. 
Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Naziri M.M.cənabları Babayeva Xanımqız Şüriyyə qızı 2008-ci il 2 oktyabrda "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif  edilib.
Azərbaycan Respublikası  Prezidenti tərəfindən 2015-ci il 2 oktyabr tarixli 1433 nömrəli Sərəncamı ilə Babayeva Xanımqız Şüriyyə qızı "Tərəqqi” medalı ilə təltif edilir.

***
Gözün aydın, Qarabağ, Vətən! Sən azadlığa qovuşdun, Qarabağ! Vətənimiz bütövləşdi. Biz isə təşnəsi olduğumuz parlaq bir zəfərə yetişdik.
30 ildən bəri bu günü gözləyirdi ulu millətim.
Mənfur düşmənlərimizin, nankor qonşularımızın qan qoxulu xəyanətləri ilə doğma yurdundan, isti ocağından perik salınaraq öz vətənində məcburi köçkünə çevrilib ağır məşəqqətlərə qatlaşan, çadırlarda, vaqonlarda cəhənnəm əzabı yaşayan soydaşlarımızın böyük qayıdışa olan ümidi heç zaman sozalmadı, öləzimədi.
Yaman günün ömrü az olar deyib babalarımız. Amma bizim yaman günümüzün ömrü çox uzun oldu, aylar illərə calandı, qələbə sorağıyla gözlər yollara dikildi, qulaqlar xoş bir xəbərə tamarzı qaldı...
30 ildir bu günə yol gəlirdik. Gözümüzdəki intiqam hissi hər an ildırım kimi çaxmağa, düyünlənmiş dəmir yumruğumuz düşmənin başına endirilməyə hər an hazır vəziyyətdə idi.
Qələbələrlə müşayiət olunan 44 günlük bu zəfər yolunun son dayanacağı bayram libaslı Bakımızın Azadlıq meydanı oldu! Bu tarixi məkan bəlkə də yaranışından üzü bəri heç vaxt belə möhtəşəm olmamışdı.
Müzəffər Ali Baş Komandanın əmri ilə Qarabağ uğrunda müqəddəs savaşa atılan Azərbaycan əsgəri bütün dünyanı heyran qoyan şanlı bir tarix yazdı. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsinin hər anı, hər saatı gerçək bir qəhrəmanlıq səhifəsidir.
Həmin gün bütün dünyanın nəzəri Bakıya dikilmişdi. Qalib ordumuzun QƏLƏBƏ paradını bütün qitələrin yüz milyonlarla insanı izlədi. Təbii ki, gördükləri möhtəşəm mənzərə, qəhrəman əsgər və zabitlərimizin nümunəvi hərbi keçidi, müasir döyüş texnikalarının nümayişi, hərbi təyyarə və helikopterlərin bayram uçuşları dost ölkələrin vətəndaşlarını da qürurlandırdı. Erməni separatizmini dəstəkləyənlərin, işğalçıya arxa duranların isə heç şübhəsiz ürəklərindən qara qanlar axdı.
Qələbə sevincini yaşamaq nə böyük xoşbəxtlikdir, ilahi! Vətən sevdalı insanların ürəyindən keçən duyğuları sözlə tərənnüm etmək mümkün deyil. Sadəcə elə-obaya qarışıb o hissləri yaşamaq, Qələbənin dadını çıxarmaq lazımdır.
Yurd həsrətli, buz nisgilli ürəklərin hərarəti QƏLƏBƏ!
Yaşa, Ali Baş Komandan! Var ol, qəhrəman Əsgər! Sevin, Azərbaycanım, sənə şadlıq yaraşır!




[email protected]