Həcər HÜSEYNOVA
ADPU, filologiya elmləri doktoru, professor
Bütün yaradıcılığı boyu yaxşılığı, xeyirxahlığı, insanlığı dəyərləndirən, insanları xeyirli işlər görməyə, ədalətə səsləyən Nizami Gəncəvinin əsərləri bu gün də insanların, xüsusilə də gənclərin ideya-estetik və vətənpərvər ruhda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Dünya ədəbiyyatı, dünya xalqları üçün mühüm əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2021–ci ilin yanvar ayın 5-də sərəncam imzalamışdır.
Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (05 yanvar 2021)
"Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır....
Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir....
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. 2021-ci ilAzərbaycanRespublikasında "NizamiGəncəvi İli” elanedilsin.
2. AzərbaycanRespublikasınınNazirlərKabineti "NizamiGəncəvi İli” iləbağlıtədbirlərplanıhazırlayıbhəyatakeçirsin.
İlhamƏliyev. AzərbaycanRespublikasınınPrezidenti
Bakışəhəri, 5 yanvar 2021-ci il.
Hərbirazərbaycanlınınvətəndaşlıqborcudurki, şairinxatirəsiniəziztutaraq, sərəncamauyğunolaraqözfəaliyyətisahəsindətədbirlərtəşkiletsin, məqalələryazsın.
Qeydetməklazımdırki, XII əsrGəncəşəhərininçiçəkləndiyibirdövridi, qızıldövridi. Həmindönəmdəşəhərdəsərkərdələrdəçoxolub, sözsahibləridə.EləsözustalarındanbiridədahiŞeyxNİzamioldu. BeləbirmühitdəyetişənNizamiGəncəviyalnızAzərbaycanda, Gəncədə, türkdünyasında, Şərqaləmindədeyil, dünyamiqyasındapoeziyanınzirvəsinifəthetdi. XII əsrdünyaədəbiyyatı, dünyapoeziyasısəmasındaGəncədəndoğangünəşoldu.Hələsağlığındalayiqliqiymətinialdı. EynidövrüNizamiiləpaylaşanböyük hind şairiƏmirXosrovDəhləvionunhaqqındademişdir:
Nizami hər sözü demiş birinci,
Qoymamış cılasız qalsın bir inci.
Əmir Xosrov Dəhləvinin bu beytindəşair Şeyx Nizami haqqında bir çox məlumatlardiqqətə çatdırılmışdır. Əmir Xosrov Dəhləvi Nizami yaradıcılığının dünya və Şərq ədəbiyyatında yeganə, əvəzedilməz olduğunu, ədəbiyyat zirvəsinə gedən yolda yeni cığırlar açdığını vurğulamışdır. Şərq ədəbiyyatında ilk olaraq "Xəmsə” yaratmasına, yeni bir mövzunu-"Leyli və Məcnun” mövzusunu ədəbiyyata gətirməsinə, yeni bir ədəbi məktəb yaratmasına işarə etmişdir.
Nizami Gəncəvinin tam şəkildə adı Əbu Məhəmməd İlyas ibn Yusifibn Zəki ibn Müəyyəd şəklindədir. Şair 1141-ci ildə Qafqazın məşhur şəhərlərindən biri olan, şairlər yurdu Gəncədə anadan olmuşdur. Azərbaycan, hətta Şərqin farsdilli poeziyasının ən böyük nümayəndələrindən biri olmuşdur. Və bu da bir faktdır ki, Azərbaycan şairləri farsca farslardan, ərəbcə ərəblərdən daha gözəl şeirlər yazmış, dünya ədəbiyyatı xəzinəsinə azərbaycanlıların adlarını yazmışlar. Şeyx Nizami Gəncəvi farsdilli epik ədəbiyyatın ən böyük romantik şairi olaraq farsdilli epik şeirə danışıq dili və yeni bir realist stil gətirmişdir.
Nizami Gəncəvi xalq ədəbiyyatına və klassik irsə, islamın əsaslarına dərindən bələd olmuş, zaman-zaman əsərlərində bu nümunələrdən istifadə etmişdir. O, öz əsərlərində islamdan öncəki və islamdan sonrakı dövrdə ətraf aləmi-cəmiyyəti təsvir edə bilmişdir. Əsərlərində yaratdığı real hadisələr,real lövhələr həmin dövrdə və sonrakı dövrlərdə gənc yazarların yaradıcılığına təsir göstərmiş, möhtəşəm bir ədəbi məktəb yaratmışdır.
Nizaminin romantik poeziyası fars dilinin poeziya dili kimi geniş istifadə edildiyi bir çox ölkələrdə Azərbaycanda, Əfqanıstanda, Hindistanda, Pakistanda, Tacikistanda və digər ölkələrdə mədəniyyətin, ədəbiyyatın inkişafına, formalaşmasına səbəb olmuşdur. Hafiz Şirazinin, Cəlaləddin Ruminin, Sədi Şirazinin yaradıcılığına Nizami Gəncəvi yaradıcılığının böyük təsiri olmuşdur.
"Xəmsə” yə daxil olan beş poeması dünya ədəbiyyatında həm mövzu baxımından, həm də qəhrəmanların rəngarəngliyi baxımından dünyada məşhur olmuşdur.
Bəzən şairin doğum tarixi və ya milli mənsubluğu haqqında yanlış fikirlər də söylənilir. Şairin 1141-ci ildə doğulması barədə onun öz əsəsrlərində, daha dəqiq desək, "Xosrov və Şirin” əsərində oxuyuruq:
Fələk yaradarkən deyib mənə şir,
Lakin bu vücudum bir yun heykəldir.
Deyiləm düşmənlə vuruşan şirdən
Yetər ki, özümlə döyüşürəm mən.
Verilmiş parçadan məlum olur ki, böyük şair şir bürcü altında doğulmasına işarə etmişdir. Eyni zamanda Nizami Gəncəvi həmin əsər üzərində çalışarkən 40 yaşı olmasını da diqqətə çatdırmışdır. Bunları nəzərə alaraq deyə bilərik ki, şair hicri 535-ci ildə, miladi 1141-ci ildə 17-22 avqust tarixlərində doğulmuşdur.
Nizami Gəncəvi elə bir dühadır ki, əsərlərinin hər bir beyti aforizmdir. Həyatı boyu oxuyub öyrənməyə çalışan Nizami Gəncəvi:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz,
-deyərək elm, bilik öyrənməyə böyük əhəmiyyət verən, dünyanın bir çox elmlərini dərindən öyrənən, doğma Gəncəni canından çox sevən şair təhsil üçün olsa da belə, şəhəri heç vaxt tərk etməmişdir. Demişdir ki, əgər Gəncə mənim boynuma salınmış mirvari boyunbağı olmasaydı, mən dünyanın söz xəzinəsini əsərlərimlə fəth edərdim.
Lakin sonralar hadisələrin bu günə qədər aldığı istiqamət onu göstərmişdir ki, heç Gəncədən çıxmasa da, Nizami Gəncəvi dünyanın söz xəzinəsini fəth etmiş, öz əsərlərilə zirvə nöqtəsində dayanmışdır. Əsərlərində riyazi, həndəsi, tibbi, astronomik və digər sahələr üzrə dərin biliklər verən şairin hər kəlməsi, hər misrası, hər parçası bir məktəbdir, öyüd-nəsihətdir:
Süleyman mülkünü sorma hardadır?
Mülkü öz yerindədir, de, Süleyman hardadır? –beytində böyük şair ata sözü: "Süleymana qalmayan dünya kimə qalacaq?”- kəlamını bədii dildə, özünəməxsus şəkildə ifadə etmişdir.
Nizami Gəncəvi yaradıcılığı folklorla bağlılıq cəhətdən olduqca zəngin və orijinal sənət dünyasıdır. Yəni şairin şifahi xalq ədəbiyyatından yerində və intensiv şəkildə istifadə etməsi onun yaradıcılığının xarakterik cəhətlərindən biridir.Onun xalq ədəbiyyatı nümunələri ilə səsləşən hikmətli kəlamları, aforizmləri və öyüdverici hekayələri-nağılları hərəsi bir zəngin irsdir.
Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və klassik nümunəsi olan "Kitabi-Dədə Qorqud” əsrlərdir ki, müxtəlif dillərə tərcümə edilir, dünyanın müxtəlif ölkələrində çəşr edilir. Şərqşünaslar tərəfindən dəfələrlə tədqiq edilsə də, yenə araşdırmalar davam edir. Belə bir münasibət Nizaminin yaradıcılığı, xüsusilə "Xəmsə”si üçün də mövcuddur. Nizami əsərləri, yaradıcılığı ilə bağlı tədqiqat işləri, monoqrafiyalar, məqalələr yazılmış, Nizaminin mövzularında dəyərli poeziya, nəsr, dram, musiqi və rəsm əsərləri yaradılmışdır (Az.KP. MK. "Azərbaycan müəllimi”, N7, 24 yanvar, 1979).
Nizami Gəncəvi yaradıcılığının ən mühüm cəhəti onun xəlqiliyidir. "Xalq Nizaminin nəzərində həyatın ən yaxşı, ən işıqlı tərəflərini, kamal və ədaləti, bütün tərəqqipərvər qayələri təmsil edən yeganə ülvi bir qüvvədir” (S.Vurğun. əsərləri, VI cild, Bakı, Elm nəş. 1972 s.46).
Demək olar ki, Nizamiyə qədər Şərqdə heç bir yazıçı, şair xalqın həyat və məişətini, adət və ənənələrini, ümid və arzularını Nizami kimi ölməz və bədii şəkildə obrazlarda ümumiləşdirə bilməmişdir. Xəlqilik Nizami yaradıcılığının əsas xüsusiyyətidir və xəlqiliyin əsas tükənməz qaynağı xalqdır, xalqın həyatıdır. Folklor da xalq yaradıcılığı olduğu üçün şairin əsərlərinin əsas enerji qaynağı olmuşdur. Nizaminin əsərləri folklorla yazılı ədəbiyyatın əlaqəsinin əyani sübutudur. Folklorizm Nizami poeziyasının ideya-bədii mayası, dəyişməz bədii xüsusiyyətidir. Bu cəhət şairi dahiləşdirən, onun ədəbi irsinə olan tükənməz maraq və ədəbi meylin ideya-estetik əsasıdır (N.Gəncəvinin həyat və yaradıcılığının ümumtəhsil məktəblə- rində tədrisi məsələləri. Bakı.Maarif. 1987. s.96).
Ümumiləşdirərək belə bir fikir söyləmək mümkündür ki, Nizami yaradıcılığını digərlərindən fərqləndirən bir əsas cəhət onun əsərlərinin atalar sözləri timsalı olan aforizmlərlə zəngin olmasıdır. Həmin aforizmləri şairin doğulub böyüdüyü və heç bir zaman tərk etmədiyi Gəncə şəhərinin hər yerində görmək mümkündür. Yollar boyu qədim şəhərin divarlarında, meydan və parklarda, hətta dahi şairin məqbərəsində belə onun aforizmlərinə rast gəlirik.
Şəirin məqbərəsində divarlara həkk olunmuş aforizmlər diqqəti cəlb edir:
1)Gəncəm-Babilim mənim Harutu yandırmada,
Ən uzaq ulduzu da Zöhrəm nurlandırmada.
2) Keçir öz ölkəmdə mənim hər günüm,
Qaçmaram, bağlıdır arxamla, önüm və s.
Bu və digər aforizmlər insanları baş verənlərdən dərs almağa, nəticə çıxarmağa səsləyir. Şair şahlara, ulu xaqanlara nəsihət verir, onları ədalətli olmağa, xalqla yaxşı davranmağa səsləyir.
Hazırda Gəncənin girəcəyində mövcud olan məqbərənin (2-ci şəkil) yerində əvvəllər gördüyünüz məzar (1-ci şəkil) olmuşdur. Məqbərəyə hər tərəfdən qalxan pilləkənlərin sayı beş-beşdir. Məqbərənin kənarlarındakı yarımdairəvi çıxıntıların sayı da beşdir. Həmin beş rəqəmi dahi şairin beş poemasına- "Xəmsə”sinə işarə edir.
Nizami Gəncəvi Uca Tanrının Azərbaycan xalqına, türk dünyasına bəxş etdiyi qeyri-adi simalardan biridir. Bu səbəbdən də şairin həyatı, yaradıcılığı haqqında xalq arasında əfsanələr dolaşmaqdadır. Belə əfsanələrin birində deyilir ki, şairin sevimli həyat yoldaşı da həmin məqbərədə, həmin yerdə uyuyur. Başqa bir əfsanədə deyilir ki, həmin ərazidə məzarlar olmuş, Kürün suyu daşarkən digər məzarları yuyub aparmı, lakin Şeyx Nizaminin məzarına xətər toxunmamışdır.
Məqbərənin arxa tərəfində böyük şairin valideynlərinin sərdabəsi-məzarları yerləşir.
Ərazidə yaradılmış süni gölün kənarında, Gəncə şəhərinin arxitekturası üçün xarakterik olan qırmızı kərpicdən tikilmiş bu sərdabədə dahi şairin həm atası, həm də anası uyuyur: atası Yusif və anası Rəisə xanım.
Məqbərə kompleksinin ətrafında geniş, açıq səhnə-meydan yerləşir. Səhnənin ətrafını Nizami Gəncəvinin əsərlərinin fraqmentlərini əks etdirən heykəllər bəzəyir. "Sirlər xəzinəsi”,"Xosrov və Şirin”, "Leyli və Məcnun”, "Yeddi gözəl”,"İsgəndərnamə” əsərlərinin qəhrəmanları arasında, mərkəzi yerdə şairin özünün heykəli qoyulmuşdur. Daha dəqiq desək, DAHİ ŞAİR yazdığı əsərləri ilə, qoyub getdiyi ədəbi irsi ilə özünə ürəklədə, qəlblərdə, bütün dünyada əbədi heykəl yaratmışdır.
ize:14.0pt;line-height:150%;font-family: "Times New Roman","serif";mso-ansi-language:AZ-LATIN'>Məqbərənin arxa tərəfində böyük şairin valideynlərinin sərdabəsi-məzarları yerləşir.