Dəniz Yılmazın transfer qiyməti açıqlandı

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz klubu "Bursaspor"dan ayrıla bilər.

İctimaifikir.az  apasport.az-a istinadən xəbər verir ki, Superliqanın debütantı "Malatyaspor" 29 yaşlı forvardın xidmətində maraqlıdır.

Dəniz Yılmazın transfer qiyməti açıqlandı

Belə ki, hücumçu axtarışına çıxan Malatya təmsilçisi "Bursaspor"un iki ön xətt oyunçusu Dəniz Yılmaz və Tomaş Netsidə "elçi düşüb". Baş məşqçi Ərtuğrul Sağlamrəhbərliklə görüşdə bu iki oyunçunun alınmasını tələb edib. Dərhal hərəkətə gələn "Malatyaspor" qarşı tərəflə danışıqlara başlayıb.

"Bursaspor" yığmamızın hücumçusunu əfv etməsinə baxmayaraq, onun satılmasının əleyhinə deyil. Belə ki, "ağ-yaşıllar" həm Yılmaz, həm də Netsidin transfer qiymətinin 500 min avro olduğunu açıqlayıb. Lakin "Malatyaspor" tərəfi məbləğdə endirim edilməsinə çalışır.

 

Qeyd edək ki, "Malatyaspor" bu yay İssiar Dia, Fabyen Farnolle, Ali Dərə, Xalid Butaib, İssam Çebake, Naser Barazite, Yalçın Ayhan və Emmanuel Deninqiheyətinə cəlb edib.




[email protected]