Mirzə Ağəli Əziz oğlu Əliyev - Lənkəran Tarix-diyarşünaslıq muzeyinin banisi

Mirzə Ağəli Əziz oğlu Əliyev -  Lənkəran Tarix-diyarşünaslıq muzeyinin banisi

Xalqın inkişafı, maariflənməsi üçün öz içindən çıxan ziyalılar daha çox iş görürlər. Bu ziyalıların bəziləri şöhrətlənir, tanınır, bəziləri isə insanların yaddaşında yaşayır. Xatirələri yaddaşlarda qorunan ziyalılarımızdan biri də Mirzə Ağəli Əliyevdir. Dövrünün gözəl maarifçisi-jurnalist olan Mirzə Ağəli Əliyev 1878-ci ilin iyununda Lənkəran şəhərində şair-müəllim Mirzə Əzizin ailəsində doğulub. Qeyd edək ki, Lənkəranda olan ilk xalq muzeyinin açılması və fəaliyyəti onun adı ilə bağlıdır. Onun muzeyi zənginləşdirmək üçün axtarışlar apardığı, Moskva, Sankt-Peterburq və Bakının müxtəlif muzeyləri ilə əlaqə saxlayaraq onlardan yardım istədiyi çoxuna bəllidir. Bu işdə ona yaxın dostu, şərqçunas-alim V.Müller yaxından kömək göstərmişdir. 

Mirzə Ağəli Əziz oğlu Əliyev -  Lənkəran Tarix-diyarşünaslıq muzeyinin banisi

Ümumiyyətlə, geniş maarifçilik fəaliyyəti ilə məşğul olan Mirzə Ağəli Əliyev dövrünün gözəl şairi və istedadlı jurnalisti kimi də tanınıb. O, Cəlil Məmmədquluzadənin dostu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları general-mayoru Həzi Aslanovun müəllimi olub. Bu fakta yazıçı Yusif Şirvanın 1949-cu ildə "Uşaqgəncnəşr” nəşriyyatında buraxılan "Həzi Aslanov” kitabında rast gəlirik.
Mirzə Ağəli Əziz oğlu Əliyev - Lənkəran Tarix-diyarşünaslıq muzeyinin banisi, Azərbaycanln ilk muzeyşünaslarından biridir.
M.A.Əliyevin atası Mirzə Əziz XIX yüzilliyin tanınmış şairi olmuşdur. Doqquz yaşından o atasının və o dövrün məşhur şairi Mirzə İsmayıl qasirinin güclü təsiri ilə maarifçi kimi yetişmişdir. Ərəb-fars dillərini mükəmməl öyrənib. Ali təhsilini İranda alıb. 
XIX əsrin II yarısında Lənkəranda fəaliyyət göstərən "Fövcül-füsəna” ("Natiqlər yığıncağı”) ədəbi məclisinin Mirzə Ağəli Əliyevin bir şair, maarifçi kimi yetişməsində böyük rolu olub. Lənkəranda ilk məktəblərin təşkil olunmasında yaxından iştirak edib və 1931-ci ildə müəllimlərin II qurultayına nümayəndə seçilib. 
Ağəli Əliyev müəllimliklə yanaşı bədii yaradıcılıq və jurnalistika ilə də məşğul olub . 1980-ci illərdə Lənkəranda yaşayan bir çox ziyalılar vaxtilə M.A.Əliyevin şagirdi olmuş və xatirələrində onu səmimiyyətlə yada salırlar. 
 
Mirzə Ağəli Əziz oğlu Əliyev -  Lənkəran Tarix-diyarşünaslıq muzeyinin banisi
Eyni zamanda qeyd edim ki, M.A.Əliyev 1907-ci ildə Lənkəranda yeni açılmış "Behcət” məktəbinə müəllim təyin olunmuş, 1905-ci ildə müdir, müfəttiş, 1917-ci ildən ömrünün sonuna qədər müəllim işləmişdir. 
Onun yaradıcılığında mühüm mərhələ təşkil edən müxbirlikdir. Mirzə Ağəli müəlloimin həm şəxsi fondundakı, həm də digər arxivlərdə mühafizə olunan sənədlər də bunu sübut edir. O, xaricdə çıxan "Həblül mətin” (Hindistan), "Nasiri” (İran) və "Çehrnuma” (Misir) adlı qəzetlərdə əlaqə saxlamışdır. Tiflisdə nəşr olunan "Şərqi-rus”, Bağçasarayda çıxan "Tərcüman” qəzetlərilə də əməkdaşlıq etmişdir. O dövürdə Lənkəranda "Nicat” qiraətxanasının müdiri işləmişdir. 
Mirzə Ağəli Əziz oğlu Əliyev -  Lənkəran Tarix-diyarşünaslıq muzeyinin banisi


M.A.Əliyev Cəlil Məmmədquluzadə ilə "Molla Nəsrəddin” jurnalının nəşrindən əvvəl tanış olub. Sonralar həmin jurnalda "Sarsaqqulu”, "Qardaşoğlu”, "Yoldankeçən” imzaları ilə satirik şeir və yazıları ilə çıxış edərək radaksiyanın ən fəal yazarlarından birinə çevrilib. Məhz buna görə də tədqiqatçılar bəzən öz məqalələrindöə Mirzə Ağəli Əliyevin adını "Molla Nəsrəddin”çilər sırasında çəkir, onu bir maarifçi, şair və jurnalist kimi xatırlayırlar. 
Görkəmli şair, jurnalist və maarifçi Mirzə Ağəli Əliyev 1941-ci ilin yanvarında 63 yaşında Lənkəranda vəfat edib. Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1978-ci ildə Lənkəran şəhər Diarşünaslıq Muzeyinə onun ilk yaradıcısı Mirzə Ağəli Əliyevin adı verilib. 
 
Mahilə Qurbanova
(Mirzə Ağəli Əliyevin nəticəsi) 
ictimaifikir.az saytının rəhbər müavini



[email protected]