NİZAMİNİN GÜCÜ NƏDƏDİR

NİZAMİNİN GÜCÜ NƏDƏDİR

 

 

 

 

EPİQRAF

Məmləkətin dayağı ədalətdir hər zaman,

Ədalətin nəsibi səadətdir hər zaman.

Ədalət mülkündən kim üz çevirsə,

Ona aqil deməz ağıllıkimsə.

(N.Gəncəvi)


 

Doğulandan, həyatı boyunca və həyatla vidalaşdıqdan bu günə qədər sevilən, oxunan, öyrənilən, nəticə çıxarılan, örnək olan dahi söz sərkərdəsinin görəsən gücü nədə idi?

Görəsən nə üçün şairlər, yazıçılar, rejissorlar, tədqiqatçılar, şərqşünaslar, rəssamlar, müsiqiçilər, heykəltəraşlar, memarlar, arxeoloqlar, geoloqlar, yerşünaslar, aktyorlar, ekspertlər, jurnalistlər, dilmanclar, dilşünaslar, xalçaçılar, zərgərlər, dizaynerlər, psixoloqlar, müəllimlər, din xadimləri, filosoflar və daha kimlər 880 il boyunca Nizamini kəşf etməklə, vəsf etməklə, tərənnüm etməklə məşğul olublar? Heç bir rabitə vasitəsinin – televizor, radio, qəzet, telefon, teleqraf və internet imkanlarının mövcud olmadığı ərəfələrdə Nizaminin təsirediciliyi, nüfuzediciliyi, geniş vüsət almasıhansı yollardan keçirdi? Onun qanadlı fikirlərinin hətta, dünyanın qeyri-müsəlman ölkələri - irqi,milliyyəti, adət-ənənələri, əxlaq normaları, mənəvidəyərləri, dünyagörüşləri fərqli filosofların fikirləri ilə üst-üstə düşməsi nə ilə əlaqədardır? Ümumiyyətlə, Nizami filosof idimi? Əgər filosof idisə, bəs o hansı fəlsəfi məktəbin, cərəyanınüzvü və təbliğatçısı idi? Hətta, onların əsrləri arasında belə böyük zaman bütövü olduğu halda kim kimin xələfi, kim kimin sələfi imiş? Kim hikmət dəryasında bu və ya digər qənaətədaha əvvəl gəlmişdir? Bu sualları istənilən qədər sadalamaq olar.

Sualları cavablandırmaq üçün əlbəttə ki, onun yaradıcılığına, həyatı haqqında salnamələrə dalmaq lazım olacaq. Nizami haqqında nə isə təqdim etmək üçün nə mübaliğəyə, nə də litotaya luzum vardır. Nizaminin əzəmətli kəlmələri arasında yer almış şüuraltı fəlsəfi məqamlar həm dini-fəlsəfi, həm də psixoloji normaları aydın anlaması, isbat etməsi və hər zəmanə üçün səsləşməsi, bütün şəraitlər üçün məqbul hesab edilməsi onun dünya durduqca oxunaqlı olacağından xəbər verir:

 

Biri pislik etmiş olarsa, sənə,

Sən yaxşılıq etsən, bir özgəsinə,

Onu da, bunu da yad etmə, əsla,

Dilinihəmişə yamandan saxla.

 

O, hər bir dünyəvi mövzuda oxucularına – bəşər övladlarına xoş töhfələr verir:

 

Süleymanın mülkünü sorma, hər an hardadır?

Mülkü öz yerindədir, de, Süleyman hardadır?

 

Aşağıda verilmiş beytdən isə məlum olur ki, Nizami realistdir, xəyalpərəst, idealist deyildir:

 

Səbəb boş deyilməz, gəl düşün bir az,

Yolu xəyal ilə süpürmək olmaz.

 

Başqa bir bənddə isə o, insanlara hər kəsin öz əməllərinin əhatəsində olmasını xatırladır:

 

Bəlli bir şeydir ki, pislik edənlər,

Özü öz işindənçəkəcək zərər.

Eşitməmisənmi bu məşhur sözü:

"Quyu qazan adam düşəcək özü”.

 

Yaxud:

 

Pis fikir düşünsə, yaxşı bir insan,

Özünə yamanlıq edər hər zaman.

 

Yaxud:

 

Əziyyət verərsən, cəfa görərsən,

Mehribanlıq etsən, səfa görərsən (Xosrov və Şirin).

 

Yaxud:

 

Bəla görəcəksən, pislik etdikcə,

Əvəz verəcəkdir dünya hər kəsə (Xosrov və Şirin).

 

Yaxud:

 

Yamanlıq etməkdən uzaq ol, uzaq,

Pisliyin əvəzi pislik olacaq.


Nizami yenə həyatı bumeranqa bənzədərək:


Hər kəs ki, zülm üçün qılıncı aldı,

Qan tökən şir kimi pəncəsiz qaldı.

 

Yaxud:

 

Kim salsa dünyada zülm bağını,

Demək, bağlar öz əl-ayağını və s. (YeddiGözəl).

 

Ədibin ən aktual motivləri isə ədalətin bərqərar olması haqqındadır:

 

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət.

Ədalətin müjdəsi bu dünyanı şad eylər,

Ədalətin işidir – ölkəni abad eylər (Sirlər xəzinəsi).

 

Yaxud:

 

Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,

Ədalət sədaqətlə abad eylər ölkəni.

 

İnsanların şərəflə yaşamasına həsr etdiyi kəlamlara diqqət edək:

 

Xidmət etmək sayılır kişilikdən nişana,

Xalqına xidmət etmək bir şərəfdir insana.

 

Yaxud:

 

Otlara yaraşar başını əymək,

İnsanın başıysa, ucada gərək (Şərəfnamə).

 

Yaxud:

 

Öylə bir ixtiyarolsaydı, məndə,

Qoymazdım bəndəyə möhtac bir bəndə (Şərəfnamə).

 

Yaxud:

 

Mən meydan əriyəm, sən də bir kişi,

Mərdliklə seçilir, hər mərdin işi (Şərəfnamə).

 

Yaxud:

 

Dünyanı namusla olur saxlamaq,

Onunla ucalır dövlət və bayraq (Şərəfnamə).

 

Yaxud:

 

Adına yaxşılıq sikkəsini sal,

Böyük hörmət qazan, göylərə ucal (Yeddi gəzəl).

 

Yaxud:

 

Məsləkindən savayı yoxdur bil ki, qazancın,

Əgər varsa, məsləkin, demək çoxdur qazancın.

 

Yaxud:

 

Qanına çörəyini yavanlıq eylə,

Başını dik saxla, baş getsə belə.

 

Aşağıdakı misralarda isə Nizaminin islami dəyərlərə xüsusi önəm verdiyi aşkarlanır:

 

Təkəbbürləbaxma yoxsula zinhar,

Onun da özünün bir cəlalı var.

 

Yaxud:

 

Çox iti beyinlər yatan oldular,

Axırda saxsı qab satan oldular.

 

Yaxud:

 

Döyüşdən yaxşıdır,barışıq, şəfqət,

Biri dərd gətirir, biri səadət (Şərəfnamə)

 

Aşağıdakı beytlərdə isə Nizami insanları nə çox dünyapərəst, nə də tərkidünya olmağa çağırır:

 

Elə dünyapərəst olmayaq gərək,

Ki, öz süfrəmizi qanla bəzəyək (İqbalnamə).

 

Yaxud:

 

Gecəni, gündüzüçox vermə bada,

Yaxşı ad uğrunda çalış dünyada (Leyli və Məcnun).

 

Dahi şəxsiyyət özünün qiymətini də layiqincə vermişdir:

 

Nə qədər şair var, söz var, şeir var,

Dünyada onlardan mənəm yadigar.

 

Yaxud:

 

Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ.

Oxudum, oxudum, sonra da vardım,

Hər güclü xəznədən bir dürr çıxardım.

 

Ədibin bir çox əsərlərini vərəq-vərəq oxudum, sonda Nizami gücünün, Nizami qüdrətinin nədə olmasını aşkarladım: Onun gücü hər bir zamanın nəbzini tutmasında, təbiəti, cəmiyyəti və idrakı – bütövlükdə həyatı zərgər dəqiqliyi ilə əks etdirməsində, hər təbəqədən olan insanların Axilles dabanını – yaralı yerini bəsarətlə duyub xoş məramla məlhəm olmasındadır:

 

Səadət qapısını açmağa yaranmısan,

Sanma, sitəm dalınca qaçmağa yaranmısan.

Hökmdar olmusan ki, yetişəsən haraya,

Daim məlhəm qoyasan hər sızlayan yaraya.

Məzlumlar güvənirlər şöhrətinə, adına,

Sən də yetiş onların köməyinə, dadına (Sirlər xəzinəsi).

 

Başqa bir beytdə:

 

Xalq mənə versə də, əziyyət, kədər,

Qoymaramincisin məndən bir nəfər.

 

 

Abadova Səfa Abbasəli qızı

Gəncə ş. M. Ş.Vazeh ad. 16 saylı tam orta məktəbin

ibtidai sinif müəllimi; Gəncə Dövlət Universitetinin

Azərbaycan dili kafedrasının dissertantı.


 





[email protected]