SON XƏBƏRLƏR
Yaşasın Azərbaycan!

 Yaşasın Azərbaycan!
Aysel Abduləli qızı Dünyamalıyeva 

1985-ci̇ i̇ldə Bakı şəhəri̇ndə anadan olmuşdur. 1991-ci̇ ildə Bakı şəhəri, Bi̇nə qəsəbəsi̇ndə yerləşən R.Sadıqov adına 136 nömrəli̇ məktəbi̇n 1-ci̇ si̇nfinə daxil olmuş, 2001-ci̇ i̇ldə həmi̇n məktəbi̇n məzunu olmuşdur. Məktəbi̇ bi̇ti̇rdi̇kdən sonra Azərbaycan Müəlli̇mlər İnsti̇tutunun  "İbti̇dai̇ təhsi̇li̇n pedaqogi̇kası və metodi̇kası"  fakultəsi̇nə daxi̇l olmuşdur. 2005-ci̇ i̇ldə Bakı şəhəri, Bi̇nə qəsəbəsi̇ E.Şəmi̇yev adına 149 nömrəli tam orta məktəbdə uşaq bi̇rli̇yi̇ rəhbəri̇ vəzifəsinə təyin edilmişdir. 2007-ci̇ i̇ldə isə həmi̇n məktəbdə i̇bti̇dai̇ si̇ni̇f müəlli̇mi̇ ki̇mi̇ fəali̇yyətə başlamışdır. 2012-ci̇ i̇ldə Yeni Fənn kuri̇kulumlarının tətbi̇qi̇ i̇lə əlaqədar təşki̇l olunmuş "Öyrədənlərin öyrədəni" təlim kursundan keçərək "Təlimçi” statusu qazanmışdır. 2014-cü i̇ldən Sumqayıt şəhər, 4 nömrəli̇ tam orta məktəbdə i̇bti̇dai̇ si̇ni̇f müəlli̇mi̇ vəzi̇fəsi̇ndə çalışmaqdadır. 2017-ci̇ i̇ldə  Sumqayıt şəhər Gənc Müəlli̇mlər Şurasının və Sumqayıt Diskussi̇ya klubunun üzvü olmuşdur.
2018-ci̇ i̇li̇n dekabr ayında "Şəhəri̇n i̇cti̇mai̇ həyatında fəal i̇şti̇rakına görə”, 2019-cu i̇l oktyabr ayında i̇sə "Səmərəli̇ pedaqoji̇ fəali̇yyəti̇nə görə”  Sumqayit şəhər i̇cra haki̇mi̇yyəti̇ başçısı cənab Zaki̇r Fərəcov tərəfi̇ndən fəxri̇ fərmanla  təlti̇f edilmişdir. 2018-ci̇ i̇ldən eti̇barən  bi̇r sıra layi̇hələrdə, təli̇mlərdə i̇şti̇rak edərək mi̇lli̇ və beynəlxalq serti̇fi̇katlar qazanmışdır:
2018-ci̇ i̇ldə "Layi̇hə i̇darəçi̇li̇k akademi̇yasi”nın layi̇hə yazılışı və i̇darəçi̇li̇yi̇ üzrə təli̇mində yekun kurs layi̇həsi̇ yazaraq uğurla təhvi̇l verdiyinə görə;
2018-ci̇ i̇l "Təhsi̇ldə i̇nki̇şaf və i̇nnovasi̇yalar üzrə 2-ci̇ qrant müsabi̇qəsi̇ndə qali̇b gəlmi̇ş "Bərabər təhsi̇l, Bərabər i̇mkanlar! Distant i̇nkluzi̇v təhsi̇l və i̇nki̇şaf mərkəzi̇ni̇n yaradilmasi” layi̇həsi̇ çərçi̇vəsi̇ndə həyata keçi̇ri̇lən təlimlərdə verilən töhfəyə görə; 
2019-cu i̇ldə Uni̇cef tərəfi̇ndən i̇nkluzi̇v təhsi̇l layi̇həsi̇ şərçi̇vəsi̇ndə keçi̇ri̇lən  "Uşaqların funksi̇onal qabi̇li̇yyətləri̇ni̇n skri̇ni̇nqi̇" üzrə təli̇mdə i̇ştirakına görə; 
2019 sentyabr ayında   Sumqayıt Dünya Məktəbi̇ tərəfi̇ndən təşki̇l edi̇lən "Steam- I" təli̇mi̇ndə uğurla i̇şti̇rakına görə;
2019-cu i̇ldə Təhsi̇ldə inkişaf və İnnovasi̇yalar üzrə 3-cü qrant müsabi̇qəsi̇ üzrə qali̇b olmuş "Kodlaşdırma bacarıqlarının ki̇çi̇k yaşlı uşaqlara öyrədi̇lməsi̇ " layi̇həsi̇ çərçi̇vəsi̇ndə keçi̇ri̇lən "Müəlli̇mlər üçün ustad dərsləri̇" təli̇mi̇ndə müvvəffəqiyyətlə iştirakına görə;
2019-cu i̇l Azərbaycan Respubli̇kası Gənclər Fondunun mali̇yyə dəstəyi̇ i̇lə "Demokrati̇k Gənclər" İcti̇mai̇ Bi̇rli̇yi̇ tərəfi̇ndən həyata keçi̇ri̇lən "Di̇ni̇  dəyərləri̇n təbli̇ği̇ və radi̇kal di̇ni̇ cərəyanlara qarşı gəncləri̇n maari̇fləndi̇ri̇lməsi̇" layi̇həsi̇ təli̇mi̇ndə  təli̇mçi̇ fəali̇yyəti̇nə görə  bi̇r sıra fəxri̇ fərman, di̇plom və sertifikatlarla təltif olunmuşdur. 2019 -cu ildə Azərbaycan Maarifçilər Assosiasiyasının, 2021 ci ildə isə Network təcrübə və kommunikasiya platformasının   üzvü  seçilmişdir.
2020- ci̇ i̇ldən Etwinning layi̇həsi̇nə qoşulmuş, şagi̇rdləri̇ i̇lə bu layi̇həni̇n fəal üzvləri̇ndən biri olmuşdur. İlk i̇ldən 8 projedə yer alaraq gözəl i̇şlərə və uğurlara imza  atmışdı Mi̇lli̇ Məcli̇si̇n mədəni̇yyət komi̇təsi̇, Az.edu.az təhsi̇l portalı və Gənc müəlli̇m şəbəkəsi̇ni̇n bi̇rgə təki̇latçılığı i̇lə  müəlli̇mlər arasinda təşki̇l olunan "İli̇n gənc müəlli̇mi̇ - 2021"  müsabi̇qəsi̇ndə  "top-50-li̇k”də  Sumqayit şəhəri̇ndən seçi̇lən 2 müəlli̇mdən bi̇ri̇ olmuşdur. 2021-ci̇ i̇ldə "Müəlli̇mləri̇n potensi̇alının artırılması və Azərbaycan Respubli̇kası Təhsi̇l Nazi̇rli̇yi̇ üçün Təhsi̇l İnformasi̇ya Si̇stemi̇ni̇n yardılması"  "Koi̇ca təqaüd proqramı" texni̇ki̇ yardım layi̇həsi̇  çərçi̇vəsi̇ndə 35 müəllim siyahısında "Master təli̇mçi̇” beynəlxalq  serti̇fi̇katını qazanmışdır.
Aysel xanım "Elm və Zəka"qəzeti redaksiyası tərəfindən nümunəvi fəaliyyətinə görə ""Peşəkar müəllim"media mükafatına layiq görülüb.
 ***
Azərbaycan cəmi 44 gün ərzində apardığı hərbi əks-hücum əməliyyatları nəticəsində Ermənistanın beş ilə işğal etdiyi və sonra da 30 il ərzində müdafiə istehkamları quraraq möhkəmləndiyi əraziləri tamamilə azad etdi. Bu, əlbəttə ki, dünya hərb sənətində müasir lokal müharibələrin aparılma taktikası baxımından öyrəniləcək unikal hərbi münaqişə olacaq. Eyni zamanda da Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun əldə etdiyi bu tarixi qələbə Azərbaycanı dünyaya artıq həm də yeni və daha fərqli bir imiclə tanıtmış oldu.  
Əgər kimlərsə xalqımızın sülsevərliyini və qonaqpərvərliyini səhvən acizlik kimi qəbul etmək və bundan sui-istifadə etmək fikrinə düşərlərsə bu zaman onlar öz layiqli cavablarını alacaqlar: "Azərbaycan xalqı sülsevər xalqdır. Bunu bütün dünya bilir. Bu gün Azərbaycanda hökm sürən multikulturalizm və tolenrantlıq mühiti imkan verir ki, ölkəmizdə bir çox millətlərin nümayəndələri, fərqli mədəniyyətlərə və dinlərə məxsus olan insanlar birlikdə, sülh və əmin-amanlıq içərisində yaşasınrlar, çalışsınlar, qurub-yaratsınlar. Bizim qonaqpərvərliyimiz də bütün dünyaya məlumdur. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışlarında və müsahibələrində dəfələrlə dediyi kimi, Azərbaycan monoetnik Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir və bizim gücümüz də bundadır. Lakin sülhsevərlik acizlik anlamına gəlməməlidir. Mənfur erməni işğalçıları da düşünürdülər ki, zəbt etdikləri torpaqlarımızda əbədi qalacaqlar. Lakin Ali Baş Komandanımızın polad iradəsi, Azərbaycan Ordusunun yenilməz qüdrəti, xalqımızın sarsılmaz birliyi və ən əsası da Azərbaycan xalqının öz liderinə şəksiz inamı düşmənin bütün planlarını bir anın içərisində alt-üst etdi. Bundan sonra da torpaqlarımıza, xalqımıza xor baxanları yalnız belə aqibət gözləyəcək.”
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərlə başa çatdırdığı Vətən müharibəsinin gedişində baş verən döyüşlər, keçirilən hərbi əməliyyatlar müasir lokal müharibələrin aparılma taktikasına bir çox yeniliklər verdi. Bu baxımdan dünyanın bir çox hərbi ekspertləri tərəfindən ordumuzun döyüş taktikası öyrənilir və yüksək qiymətləndirilir. Müasir silahların, yüksək texnologiyaların geniş tətbiqi ilə dəqiq zərbələrin həyata keçirilməsi, əks-hücum əməliyyatlarında canlı qüvvə itkilərinin minimuma endirilməsi Azərbaycan Ordusunun yüksək hazırlığından və təchizatından xəbər verir. Keçirilən hərbi əməliyyatların bir unikallığı da bu oldu ki, Azərbaycan Ordusu düşmən tərəfindən beş ilə işğal edilmiş və növbəti 30 il ərzində müxtəlif hərbi-mühəndis qurğuları, müdafiə istehkamları, keçilməz mina sahələri vasitəsilə möhkəmləndirilmiş əraziləri cəmi 44 gün ərzində azad etdi. Bu həqiqətən də ordumuzun yüksək döyüş qabiliyyətindən və Ali Baş Komandanımızın yenilməz iradəsindən xəbər verən bir faktdır. Artıq bütün dünya Azərbaycanı həm də Vətən müharibəsindən qalib çıxan bir dövlət, öz suverenliyini, ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətində olan bir ölkə olaraq tanımaq və qəbul etmək məcburiyyətindədir.
Qardaş Türkiyənin də bütün bu hadisələrin gedişi zamanı ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndiririk. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən bəri apardığı son dərəcə uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan bir ölkəyə çevrilmişdir. Ölkəmiz bir çox nüfuzlu beynəlxalq qurum və təşkilatlarda aparıcı rol oynamaqdadır. Bütün dünyada Azərbaycanın dostlarının sayı durmadan artır. Lakin bu dostların sırasında qardaş Türkiyənin yeri əlbəttə ki, ayrı və xüsusilə önəmlidir. O cümlədən Türkiyə Azərbaycana öz torpaqlarının azad edilməsi uğrunda apardığı ədalətli Vətən müharibəsi günlərində də ilk gündən dəstək vermiş və hər zaman yanımızda olmuşdur. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən məhz bu sözləri demişdir: "Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi.” Əlbəttə ki, bu dəstək ilk növbədə bir millət, iki dövlət amilindən qaynaqlanır. Cənab Ali Baş Komandanımızın da da dediyi kimi, bu qələbə bizim müştərək qələbəmizdir və Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Mən yaranmış fürsətdən istifadə edərək bir daha başda cənab Ali Baş Komandan olmaqla bütün xalqımızı bu möhtəşəm tarixi qələbə münasibətilə ürəkdən təbrik edirəm. Yaşasın Azərbaycan!




[email protected]