PEŞƏKAR HƏKİM

Hazırda dünyada ən çox marağın olduğu tibbi sahələrdən biri də plastik cərrahiyyədir. Sözügedən sahəyə marağın olması tam təbiidir. Çünki insanlar hər zaman gözəl görünməyə çalışırlar. Müasir tibb bizim anadan gəlmə qüsularımızı və sonradan qazandığımız bəzi çatışmamazlıqları yalnız plastik və rekonstruktiv cərrahiyyə vasitəsi ilə yoluna qoymağı bacarır. Aparılan araşdırmalar göstərir ki, hazırda ölkəmizdə də tibbin bu sahəsinə böyük maraq var. Plastik cərrahiyyə ilə bağlı bizi və cəmiyyəti maraqlandıran suallara cavab tapmaq üçün hazırda"İctimaifikir.az"saytının"Həkimim”rubrikasının budəfəki qonağı "INTERNATIONAL MEDICAL"CENTRE (2) Klinikasının baş həkimi tanınmış estetik, plastik rekonstruktiv cərrah Elvin Əliyevdir. Elvin həkimlə müsahibəni təqdim edirik:

-Elvin həkim, bizə məlumdur ki, siz bu sahənin tanınmış mütəxəsislərindənsiniz. Xahiş edirik özünüz barədə ətraflı məlumat verəsiniz.

 

 

 

 

 

 

 

 

 

- 6 mart 1988- ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olmuşam. 2005-2011- ci illərdə Naxçıvan Dövlət Universitetinin tibb fakultəsinin pediatriya ixtisası üzrə təhsil almışam. Bu illərdən Türkiyə Cümhuriyyəti, Erciyez Universiteti və Atatürk Universiteti, İran İslam Respublikasının Təbriz Universitetində tələbə kimi kursda olmuşam. 2011- ci ildə Rezidentura imtahanı vermiş Azərbaycan Tibb Universitetinin (ATU) 3-cu cərrahi xəstəliklər kafedrasında ümumi cərrahiyyə ixtisası üzrə təhsilimi davam etdirmişəm.2011- ci ildə müəllifi olduğum "Dəmir defsitli anemiyanın uşaqlarda və hamilələrdə gedişinə müasir baxış "adlı kitabım nəsr olunmuşdur. Rezidentura müddətində praktik təhsilimi 2 sayli Əfəndiyev adına Bakı Şəhər Кlinik Xəstəxanasında və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Кlinikasında almışam. 2016- ci ildə Rezidentura təhsilini başa vurmuş ümumi cərrahiyyə ixtisası üzrə həkim mütəxəssis adını almışam.

-Bizim ölkədə belə əməliyyatlara kimlər daha çox müraciət edir: qadınlar, yoxsa kişilər?

-Faiz nisbəti ilə götürdükdə qadınlar daha çox müraciət edir və hesab edirəm ki, burada qeyri-adi nəsə yoxdur. Çünki bütün dünyanın təcrübəsində bu belədir. Sizdə qadınlar daha çox burun kəsdirmə, sinə böyütmə, qarından piyin götürülməsi ilə bağlı müraciət edirlər.

PEŞƏKAR HƏKİM

- Piylənmə problemi bu gün Azərbaycanda nə dərəcədə aktualdır?

- Piylənmə bu gün dünyada geniş yayılıb və gedərək də populyasiyalarda artmaqda davam etməkdədir. Təbii ki, bu artım Azərbaycandan da yan ötməyib, əksinə bizim ölkəmizdə hər iki nəfərdən birində ən azından artıq çəki, hər üçündən birində isə piylənmə xəstəliyi vardır. Bəli, bu bir xəstəlikdir və ciddi fəsadları vardır. Dünya səhiyyə təşkilatı tərəfindən də çox ciddi və ağır fəsadlar törədən, lakin müalicəsi mümkün olan bir xəstəlik kimi tanınmaqdadır. Təbii ki, bütün bunlar cəmiyyətimizdə sosial-ictimai həyatdan yan ötüşmür, əksinə hər gün bunun bu və ya digər şəkildə ağır təsirlərini cəmiyyətimiz və sıravi Azərbaycan ailəsi hiss etməkdədir.

- Çoxyeməklik və oturaq həyat tərzi piylənməyə gətirib çıxardır. Artıq çəkinin yaranmasında daha hansı faktorlar rol oynayır?

 - Sizə elə gəlməsin ki, bir insan çox yeyərsə və oturaq həyat tərzi keçirərsə piylənmə dərhal başlayır. Əlbəttə, bu piylənməyə şərait yaradan ciddi faktor olsa da, xəstəliyin əsl səbəbi X-sindrom yaxud da ki, metabolik sindromdur. İlk adından da bəlli olduğu kimi, gizli səbəblərlə bağlı birdən-birə orqanizmdə metabolik dəyişiklər baş verməyə başlayır. Bu səbəblər çox olduğu üçün məhz hansının birinci başladığını - trigger rolunu oynadığı sübut edilməyib. Lakin bu gün, genetik faktorun ən vacib rol oynaması bəllidir. Bu isə o demək deyil ki, genetik faktor varsa, bu mütləq baş verməlidir. Piylənmənin baş verməsi üçün genetik faktoru olan adamlarda bir sıra təkanverici faktorlar da olmalıdır. Bunlara bağırsaq mikroflorasının bir populyasiya şəklində dəyişikliyə uğraması, qeyri-düzgün qidalanma, stress faktorlarının çoxalması və daimi olması, digər psixogen faktorlar və ən nəhayət qeyri-aktiv (fiziki, cinsi və s.) həyat tərzi aiddir. Bəli, bu faktorların qaşısını isə çox vaxt vaxtında tədbirlər görülərsə almaq mümkündür.

- Bəs piylənmənin fəsadları nədən ibarətdir?

 - Piylənmənin fəsadlı təsirlərini sadalamaqla əslində qurtarmaz. Ən çox sosial əhəmiyyət daşıyan fəsadlarına isə ikinci tip şəkərli diabet, adinamiya, oynaq və bel ağrıları, arterial təzyiq, insult, miokard infarktı və qəfləti ölüm, nəfəs darlığı və gecə boğulmaları, cinsi pozğunluq və sairədir. Əslində piylənmə xəstələrinin istənilən anda istənilən xoşagəlməz fəsadla qarşılaşa biləcəyini hər kəs bilməlidir. Bu xəstəliyin bu mənada "ayaq üstə gəzən ölülər" kimi sinonimi vardır. Çox hallarda gecə yatıb gündüz durmayan insanlar piylənmə xəstələridir.

Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?

Qarın divarının şəkilləndirilməsi.
Qarın divarının formalaşdırılması, mövcud olan piylənmənin, sallanmanın və cildin elastikliyi vəziyyətinə bağlı olaraq başlıca liposuction (yağ əmmə) və abdominoplastika (qarın gərmə) üsulları ilə həyata keçirilir. Günümüzdə bu hər iki metod də çox tez-tez istifadə edilən əməliyyat üsullarındandır.

Böyük və sallaq bir qarın həm kişi, həmdə qadınlar üçün rahatsızlıq mənbəyi ola bilər. Bu vəziyyət artıq yağ toxumasından, boşalmış qarın əzələsindən, hamiləlikdən və artıq gərilməyə məruz qalmış, elastikliyi azalmış qarın dərisindən qaynaqlana bilər. Xüsusilədə dieta və idmana cavab verməyən iri və sallanmış qarından qurtulmağın tək yolu əməliyyatdır. Bu yolla eyni zamanda qarında, xüsusəndə göbəkaltı nahiyədə yerləşən dəri çatlaklarındanda qurtulmaq mümkündü.

 

Abdominoplastika və ya qarin gərmə əməliyyatı, qarın divarındakı artıq yağ və dərinin çıxarılaraq və qarın divarındakı genişlənmiş əzələlərin forma verilərək, qarın divarının yenidən gəncləşdrilməsi və şəkil verilməsidir. Bu əməliyatla qarnın boşalmış, artıq piy qatı və şişkin forma ləğv olunaraq, yenidən düz və incə görünümünü qazanması təmin etməkdə və həmçinin xəstənin belini incəltməkdədir. Bu əməliyyat ilə qarın divarının əzələlərinin orta xəttdə bir-birindən ayrılmasıyla meydana gələn düz əzələ diastazı adı verilən problemdə bu əməliyyatla ləğv olunur. Abdominoplastika əməliyyatında mövcud olan piylənmənin, çapığın və dərinin genişlənməsinə uyğun olaraq klasik abdominoplastika, miniabdominoplastika və Marriage abdominoplastika icra olunur.


ABDOMİNOPLASTİKA ÜSULLARINDAKI FƏRQLƏR NƏLƏRDİR?

 Klassik abdominoplastika qarın divarında çox artıq miqdarda toplanmış piy kütləsini və qarın dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur.

Mini-abdominoplastika isə əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyü və qarın aşağı yarısının dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur.
Marriage abdominoplastika mini-abdominoplastikada olduğu kimi əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyü və qarın aşağı yarısının dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə və əlavə olaraq bel nahiyyəsində piylənmə olan pasiyentlərdə icra olunur.

 

Abdominoplastika üçün ən uyğun pasiyentlər kimlərdir?

 Abdominoplastika əməliyyatı, əməliyatı üçün ən uyğun pasiyentlər, qarın divarındakı artıq toxumanı dieta və idman ilə ata bilməyən sağlam insanlardır. Qadınlarda daha çox əməliyyatın icra olunmasına səbəb, qadınların bu əməliyyta daha çox marağının olması (plastika baxımından ), qarın divarındakı əzələlərin və ve dərinin hamiləlik dövründə gərilərək elastikliyinin itirməsi və düz əzələ diastazının qadınlarda daha çox rast gəlinməsidir. Piylənmə isə həm qadınlarda, həm də kişilərdə rast gəlinən səbəbdir.

Əgər xəstə gələcəkdə hamilə qalmağı düşünürsə, bu əməliyyat ona əks göstərişdir. Çünki, əməliyyat ilə qarına verilmiş forma (fiqura) hamiləlik dövründə itəcəkdir.
Əməliyyatda öncə götrüləcək olan toxuma hissələri markerlə işarələnir və xəstənin istəyi nəzərə alınır.Hər bir abdominoplastika fikirləşən pasiyent əsas bunu bilməlidir ki, abdomenoplastika piylənməni müalicə etmək üçün deyil, qarını gərmək və ideal forma vermək üçündür.
Əməliyyatdan sonra xəstə ideal bədən qurluşuna sahib olur. Əməliyyatdan sonra ilk bir ay xəstə daimi karset rejmində ,sonrakı dörd ay isə fasilə ilə karsetdən istifadə edir.

 

ABDOMİNOPLASTİKA İLƏ LİPOSUCTİON ARASINDAKI FƏRQLƏR NƏLƏRDİR?

Abdominoplastika kimi liposuction da qarın divarının yenidən formalaşdırılmasında tez-tez istifadə edilən bir üsuldur. Liposuction ya da digər adıyla yağ əmmə təşəbbüsü zamanı qarın divarında çox yağ toxuması aspirasiya yolu ilə sorulub çıxarılmaqda, buna qarşı dəri götürülməməkdə və qarın divarı əzələləri daraldılmamaqdadır. Bu səbəblə liposuction əməliyyatı, qarın dərisinin elastikliyini itirib sallanmadığı və qarın divarı əzələlərinin zəifləyib qarının gərgin görünüşünü itirmədiyi insanlarda tətbiq olunur. Abdominoplastika əməliyyatında isə qarın dərisinin elastikliyini itirib sallandığı və qarın divarı əzələlərinin zəifləyib qarının şiş görünüşü aldığı insanlarda tətbiq olunur.

Əməliyyatdan öncə pasientlərin aşağıdakılara əməl etməsi lazımdır.

 Əməliyyat aparıldığı zaman kəskin xəstəliklərin (məsələn soyuqdəymə) olmamağı; əməliyyatdan 10 gün əvvəl daxilində aspirin olan dərmanlardan istifadə etməmək; əməliyyatdan 10 gün əvvəl və əməliyyatdan 3-4 həftə ərzində siqaret çəkmək qəti surətdə qadağan edilir; əməliyyatdan 1-2 gün əvvəl (həkimin göstərişləri üzrə) yalnız mayelərin içilməsi məsləhət görülür; bir gün əvvəl axşam vanna qəbul etmək lazımdır;

əməliyyat acqarına aparılır (dişlərin təmizlənməsi və ağız yaxalamaq üçün 1/2 stəkan su istifadə edilir).
Bunlardan əlavə xəstələrin əməliyyat öncəsi qan təhlillərinə ,xüsusən də hormonal muayinələrin norma daxilində olunmasına diqqət yetirilir.

Əməliyyat müddəti bir-iki saat.

 Ağrısızlaşdırma Əməliyyat klinikamızda ümumi ağrısızlaşdırma ilə aparılır və siz əməliyyatın ertəsi günü evə gedə bilərsiniz. Əməliyyatın necə aparılması Abdominoplastika əməliyyatında bir çox modifikasiyalar vardır.Bu əməliyyatlar 19-cu əsrin sonu 20-ci əsin əvvəllərindən icra edilməyə başlanmışdır.Sonralar 20-ci əsrin ortalarından isə müəyyən dəyişikliyə məruz qalaraq,muasir dövrümüzdəki icra formasını almışdır.Burda klassik üsulu sadə dillə başa salmaq üçün cərrah iki kəsik edir: birini göbək ətrafında, digərini, yarımdairəvi, qasıq nahiyəsinin yuxarısında və lazım olduqda onu qasıq nahiyəsində qırışlar boyunca davam etdirir. Bundan sonra həkim dərinin o əzələlər və toxumalardan ayırır ki, onlar döş qəfəsinə qədər qarın divarını yaradır. Ön qarın divarının düz əzələlərinin aralanması halında onları orta xətt üzrə tikərək çəkib dartırlar, bundan sonra cərrah artıq dəri və piyi götürülür.

Yaralar estetik bərpa edilir.

Konsultasiya:

Əməliyyatdan əvəlki konsultasiya çox vacibdi. Beləki konsultasiya zamanı qarnınızla bağlı sizə rahatsızlıq verən bütün məmnuniyyətsizlikləri və çatmaq istədiyiniz estetik görünüşü bizə mütləq deyin. Yalnız belə olarsa biz sizin nə istədiyinizi bilib, bunun əməliyyatla mümkün olub olmayacağını sizə əvvəlcədən məlumat verə bilərik.Əməliyyatdan əvvəl cərrahınız qarnınızı müayinə edəcək və bəzi ölçümlər götürəcək. Eyni zamanda qarın əzələlərinizin sıxlığını qiymətləndirəcək. Əməliyyat nəticəsini müqaisə etmək üçün əməliyyatdan əvvəl şəkilləriniz çəkiləcək. İstifadə etdiyiniz dərmanlar və sağlamlığınız barəsində bəzi suallar veriləcək.Bu incəliklər əməliyyatın planlaşdırılmasında vacibdir.

Əməliyyat sonrası

Pasientlər bir müddət qarındakı tikişlərə çox güc,təzyiq düşməsin deyə yarım bükülü vəziyyətdə gəzməlidirlər.İki ay korset geyinməlidirlər.Əməliyyatdan 5 gün sonra duş qəbul edilməsinə icazə verilir.Pasientlərə əməliyyatın müvafiq olaraq bir həftə,bir ay,üç ay,altı ay və bir ilinin tamamında həkimdə kontrol muayinədə olma məsləhət görülür.

 Laparoskopik əməliyyatın üstünlükləri nədir ?

1.Əməliyyatdan sonra ağrı bir gün və çox cüzi olur.

2.Xəstə narkozdan ayılan kimi gəzir və özünə qulluq edə bilir.3.Stasionarda qalma müddəti çox qısalır (1-4gün)
4.Əmək qabiliyyəti çox qısa müddətə bərpa olur.
5.Əməliyyatdan sonrakı yırtıqların əmələ gəlmə riski sıfır dərəcəyə düşür.
6.Laparoskopik əməliyyat kosmetik əməliyyatdır, bir neçə aydan sonra heç izi qalmır.

 

Dr.Elvin Əliyev tərəfindən həyata keçirilən əməliyyatlar:

Mini Abdomenoplastika

Full Abdomenoplastika

Genişləndirilmiş Abdomenoplastika

Bel Plastikası

Gluteoplastika

Popoplastika

Bodulift




[email protected]