“Əbədiyyətə qovuşan ömür” adlı tədbir keçirilib

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MSK) Mərkəzi Kitabxanasında azərbaycanlı qəhrəman Rahib Məmmədova həsr edilmiş “Əbədiyyətə qovuşan ömür” adlı tədbir keçirilib.
MSK-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxışçılar şəhidin şərəfli həyat və döyüş yolundan bəhs ediblər. Onlar bildirib ki, Azərbaycan vətəndaşının Xobidə insanları xilas etməsi və bu zaman qəhrəmancasına həlak olması onun mənsub olduğu xalqın qəhrəmanlıq nümunəsidir. Qeyd olunub ki, Rahib Məmmədov həm öz xalqının, həm də Gürcüstanın Milli Qəhrəmanıdır.
Bədii hissədə şəhidə həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri ifa olunub.



[email protected]