Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun təbriklərini və ən xoş arzularını çatdıran natiq tələbələrin təhsildə, ictimai və peşə fəaliyyətlərində əldə etdikləri nailiyyətləri qeyd edib, onlara gələcəkdə uğurlar arzulayıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının məzunu, hazırda isə Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov təhsilindəki uğurlarına görə Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin təşəkkür məktubu ilə təltif edilib.
BMA-dan verilən məlumata görə, Sankt-Peterburqda təhsil alan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən yaxşı tələbələrinin təntənəli mükafatlandırma mərasimi Smolnıda keçirilib.
Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən ümumilikdə 66 tələbənin iştirak etdiyi tədbirdə Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin rəhbəri Yevgeni Qriqoryev deyib: "Ən əsası odur ki, siz əldə etdiyiniz uğurlarla kifayətlənməyərək, dövlətin rifahı, Rusiyanın bizə dost olan bütün dövlətlərlə dostluğu naminə irəliləyəsiniz”.
O, qeyd edib ki, MDB-dən olan tərəfdaşlarla əməkdaşlıq Sankt-Peterburq hökuməti üçün prioritet sahələrdən biridir. 30 ildən artıqdır ki, ticarət-iqtisadi və humanitar əlaqələr inkişaf edir, mədəniyyət, elm, gənclər siyasəti və təhsil sahəsində qarşılıqlı əlaqələr genişlənir.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun təbriklərini və ən xoş arzularını çatdıran natiq tələbələrin təhsildə, ictimai və peşə fəaliyyətlərində əldə etdikləri nailiyyətləri qeyd edib, onlara gələcəkdə uğurlar arzulayıb.