SON XƏBƏRLƏR
Sevinc Fətəliyeva AŞPA-da süni intellektin araşdırılması ilə bağlı dinləməyə sədrlik edib

Avropa Şurası süni intellekt üzrə alt-komitəsi, hüquq məsələləri və insan hüquqları üzrə komitəsi, mədəniyyət, elm və media komitəsi, sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsi, təhsil, gənclər və idman üzrə alt-komitəsi, uşaqlar üzrə alt-komitəsinin birgə təşkilatçılığı ilə məktəblərdə süni intellektin araşdırılması barədə dinləmə keçirilib.

ictimaifikit.az xəbər verir ki, AŞPA-nın yaz sessiyası çərçivəsində məktəblərdə süni intellektin araşdırılmasına dair keçirilmiş dinləməyə qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyev sədrlik edib.

Dinləmədə Yunanıstanda Amerika İcma Məktəbinin (ACS) tələbələri tərəfindən hazırlanmış "humanoid Niki” robotunun təqdim olunub. Bu məktəb kurikulumlarında robototexnika dərsinin tətbiqinin aktuallığını müzakirə etmək üçün əsas olacaq konkret nümunədir.

Dinləmədə Avropa Şurasının Rəqəmsal İnkişaf bölməsinin rəhbərliyi, Amerika İcma Məktəbinin (ACS) rəhbəri, tələbələri, Almaniya Oberkich Gimnaziyasının tələbələri, AŞPA-dakı parlamentarilər iştirak ediblər.




[email protected]