Mərhum britaniyalı musiqiçi Freddi Merkurinin 1500-ə yaxın şəxsi əşyası "Sotheby's”də satılacaq.
Hərraca musiqiçinin səhnə geyimləri, mahnılarının qaralama verisyaları, sənət əsərləri və digər interyer əşyaları da çıxarılacaq.
Nümunələr arasında "We Are The Champions” mahnısının 300 min funt-sterlinq (374 min dollar) dəyərində qiymətləndirilən əlyazması, Merkurinin 1986-cı ildə son canlı ifası zamanı səhnəyə çıxdığı kral tacının və mantiyanın surəti də var.
Hərraca çıxarılan əşyalar Merkurinin 1991-ci ildə ölümündən əvvəl həyatının son illərini keçirdiyi Londondakı "Garden Lodge”da uzun müddət saxlanılıb. Onun vəsiyyəti ilə mülk sevgilisi Meri Ostinə keçib.
Hərracın əsas hissəsi avqustda Londonda, həmçinin Nyu-York, Los-Anceles və Honq Konqda keçiriləcək. Gəlirlərin bir hissəsi xeyriyyəçiliyə sərf olunacaq.