Əməkdar artist Nurlan Növrəsli "Özəl" proqramına qonaq olub.
Müğənni proqramda özəl həyatı barəsində açıqlamalar verib. Belə ki, N.Növrəsli ikinci dəfə evlənməyə hazırlaşdığını dilə gətirib.
"Yeni toy gözlənilir. O ailəlik həyatı baş tutmadı, mən ayrıldım. Bu, normaldır, gizlətmək lazım deyil. Müəyyən məqamlar buna səbəb oldu. İkinci dəfə toy olacaq", - deyə o, ifadə edib.
Qeyd edək ki, Nurlan 2018-ci ilin avqustunda Nevin adlı xanımla nişanlanmışdı. Həmin ilin dekabrında isə özünə toy etmişdi. Məclisə sənət adamları qatılmışdı.