Azərbaycanda azad ticarət zonası (ATZ) bu il işə düşəcək.
İctimaifikir.az Trend-ə istinadən bildirir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.
Qeyd edək ki, azad ticarət zonası Ələt qəsəbəsi ərazisində yaradılır. Bakı beynəlxalq dəniz ticarət limanının ərazisi də bu zonaya daxil edilib.