"Alov" şirkəti (Azərbaycan) Lvov vilayətinin Nikolayev şəhərində asfalt zavodunu istismara verib.
İctimaifikir.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Lvov Vilayət Dövlət Administrasiyası xəbər yayıb.
İnformasiyaya əsasən, 18 hektar sahəni əhatə edən zavod mayın 17-də istismara verilib.
Müəssisənin layihə gücü - 100 ton asfalt/saat-dır.
Bildirilir ki, zavodun işə salınmasına investisiyalar 7 milyon avro təşkil edib.
Daha əvvəl bildirildiyi kimi, "Alov" MMC-nin əsas fəaliyyət istiqaməti yolların və avtomagistralların salınmasıdır.
Hüquqi və fiziki sahibkar şəxslərin reyestrinə əsasən, şirkətin, necə deyərlər, son söz sahibi Azərbaycan vətəndaşı Ziyəddin İsmayıl oğlu Əliyevdir.