Azərbaycanda daha bir zavod tikilir - Toxum istehsalı və emalı üçün

Bu il kənd təsərrüfatı sektorunun qarşısında dayanan əsas məqsəd toxum istehsalının inkişafıdır.

 İctimaifikir.az-ın Trend-ə istinadən məlumatına görə, kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, bunun üçün artıq lazımi işlər aparılır.

Nazir bildirib: "Tərəvəz və kartof toxumlarının istehsalında ixtisaslaşan iri müəssisələrin tikintisi artıq başlayıb. Fikrimcə, ilin sonunadək bu müəssisələr istifadəyə veriləcək. Gələcəkdə isə toxum istehsalı və emalı zavodlarının tikilməsi planlaşdırılır".




[email protected]