Tramp ABŞ-da icra hakimiyyətinin yenidən təşkil edilməsinə dair sərəncam imzalayıb

Prezident Donald Tramp ABŞ-da icra hakimiyyətinin yenidən təşkil edilməsinə dair sərəncam imzalayıb
Tramp ABŞ-da icra hakimiyyətinin yenidən təşkil edilməsinə dair sərəncam imzalayıb
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sənəd maliyyə vəsaitlərinə qənaət edilməsi məqsədilə imzalanıb.

"İcra orqanları daha yığcam və effektiv şəkildə fəaliyyət göstərməlidir. Bu gün hər yerdə səlahiyyətlərin təkrarlanması və israfçılıq hökm sürür. Milyardlarla dollar havaya sovrulur”, sənədi imzalayarkən deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, sənəd yaxın müddət ərzində Konqresə təqdim ediləcək.


[email protected]