Rusiya, Türkiyə və İran nümayəndələri Astanada Suriya danışıqlarında iştiraklarını təsdiqləyiblər

Qazaxıstan Xarici İşlər Nazirliyi Astanada Suriyadakı vəziyyətin nizamlanması üzrə beynəlxalq görüşdə iştirakla bağlı Rusiya, Türkiyə və İrandan təsdiq cavabı alıb.

"İctimaifikir.az" "Report" -a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bidirib.

Nazir Astana prosesinin növbəti mərhələsində iştirak etmək məqsədilə nümayəndə heyətlərinin bu gün gəlməyə başlayacağını vurğulayıb.

Qeyd edək ki, Suriyadakı vəziyyətin nizamlanması üzrə növbəti beynəlxalq görüş Astanada martın 14-15-də keçiriləcək. İştirakını təsdiqləyən ölkələrdən savayı, BMT, ABŞ və İordaniyaya da dəvət göndərilib.

Mart 14-də ilkin məsləhətləşmələrin, martın 15-də isə görüş iştirakçılarının plenar iclaslarının olacağı planlaşdırılır.




[email protected]