SON XƏBƏRLƏR
Sahib Kərimli AXCP dosyesini açır: “Niyə Əli Kərimliyə qarşı çıxıram?”

Sahib Kərimli: ""Qaynar Qazan”la yenidən böyük siyasətə qayıdıram!”

Sahib Kərimli AXCP dosyesini açır: “Niyə Əli Kərimliyə qarşı çıxıram?”


Sahib Kərimli uzun müddət – təxminən bir neçə aydır, "Qaynar Qazan”a çıxmaq, müsahibə vermək istəyirdi. Həm sırada planlaşdırdığım müsahiblərim vardı, həm də açığı, onun nə danışacağı məni maraqlandırırdı. Axı bütün hallarda "Qaynar Qazan”ın formatı çox fərqlidir və burada bir çox hallarda mən özüm belə istədiyim kimi hərəkət edə bilmirəm. O baxımdan, gözləməyi qərara aldım. Bu haqda zaman-zaman Sahib Kərimli ilə də danışdıq. Zaman-zaman yazışdıq və nəhayət, ötən həftəyə qərarlaşdırdıq ki, görüşək.

"Qaynar Qazan”da qonaq dəvət etdiyim adamlar da ciddi müzakirələrdən keçirlər. Dalbadal dəvət olunan qonaqlara da artıq diqqət etməli oluruq. 2-3 qonaq ard-arda AXCP-yə, ya da Əli Kərimliyə yaxın oldularmı, dostlarımız bizi onlara yaxın bilir, elə təqdim etməyə çalışırlar. Ya da tərsinə, hansısa partiyaya yaxın kimsə gəldimi, oluruq onların adamı. Hətta artıq sosial şəbəkələrdə bizim xüsusi yazanlarımız var, nə ediriksə, bir əmma tapa bilirlər. Ona görə də, Sahib Kərimliyə xüsusi diqqət edəsi olduq. Hiss olunurdu ki, Sahib Kərimli AXCP və Əli Kərimlidən danışacaq.

Elə də oldu. Tam kəskin olmasa da, Sahib Kərimli AXCP və Əli Kərimli ilə bir növ hesablaşmağa gəlib "Qaynar Qazan”a. Özü də məhz buradan – "Qaynar Qazan”dan böyük siyasətə qayıtmağı planlaşdırıb. Bu haqda açıqca söylədi də. İndiyə qədər yaşadığı sürgün həyatından Azərbaycanın qaynar siyasi gündəminə qayıdan, ya da onu planlaşdıran Sahib Kərimli bunu "Qaynar Qazan”ın yaratdığı imkanla elan etdi və mənim gümanım odur ki, Sahib Kərimli AXCP-də Əli Kərimli ilə hesablaşmağa qayıdır.

Sahibi içəridən – həbsxanadan tanıyıram. Onunla bir neçə dəfə Kürdəxanının "boks”larında görüşmüşük. Bu haqda "Selcanın məmləkəti”-"Həbsxana gündəlikləri”ndə də məqamlar var. Yəni onun xarakterli adam olduğunu bilirəm. Ancaq bu, siyasətdir. Hələ Sahib Kərimlinin uzun-uzun hakimiyyətə yaxın adamlarla müzakirələr apardığını dilə gətirməsi və o haqda danışması göstərir ki, Sahib Kərimli bu mübarizədə tək olmayacaq. Oyun görünən odur ki, bir komanda oyunudur. Nə deyək, qaydasında və kurallara uyğun oynayan qazansın.

Beləliklə, "Qaynar Qazan”ın 35-ci qonağı AXCP sədrliyinə keçmiş namizəd və keçmiş vicdan məhbusu Sahib Kərimlidir. 




[email protected]