Tramp ABŞ-ın xarici siyasətindən danışdı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp onun administrasiyasının gəlişi ilə xarici siyasətin dəyişəcəyini bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp Orlando (Florida ştatı) şəhərində tərəfdarları qarşısında çıxış edərəkən söyləyib.

“Xarici siyasətimizdə yeni istiqamətdə ehtiyacı var. Biz xarici dövlətləri yenidən qurmaq əvəzinə, ölkəmizi yenidən quracağıq. Çox uzun müddətdir ki, məsuliyyətsiz şəkil bir ölkəyə müdaxilədən digərinə keçmişik. Çoxunuz onların adını heç eşitməmsiniz. Bu ağılsızlıqdır və bitəcək! Tramp administrasiyası hər şeydən öncə ABŞ-ın milli maraqlarının qayğısına qalacaq”,deyə Tramp bildirib.


[email protected]