Dünya enerji nəhəngi rekord mənfəətini açıqlayıb

Yaxın Şərqdə genişlənən münaqişələr və qlobal enerji bazarındakı qeyri-müəyyənlik səbəbindən “Shell” şirkəti mənfəətini əhəmiyyətli dərəcədə artırıb. Şirkət 2026-cı ilin birinci rübündə analitiklərin gözləntilərini üstələyərək böyük qazanc əldə etdiyini bəyan edib.

“BBC”nin məlumatına görə, “Shell”in yanvar-mart ayları üzrə xalis mənfəəti 6,92 milyard ABŞ dolları təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə (5,58 milyard ABŞ dolları) təxminən 24 faiz artım deməkdir. Mənfəətin artmasına əsas səbəb kimi hərbi gərginlik səbəbindən neft və qaz qiymətlərinin kəskin yüksəlməsi göstərilir.

Dünya neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının 20 faizinin keçdiyi Hörmüz boğazında yaranan təhlükəsizlik riskləri bazarda qiymət dalğalanmalarını stimullaşdırıb. Şirkətin baş icraçı direktoru Vael Savan bildirib ki, bazarda yaşanan “görünməmiş dəyişikliklərə” baxmayaraq, “Shell” əməliyyat sabitliyini qoruyub saxlayıb və təchizatın davamlılığı üçün hökumətlərlə sıx əməkdaşlıq edir




ictimaifikir.az@mail.ru