“Heydər Əliyev və Azərbaycan mədəniyyətinin fundamental prinsipləri” mövzusunda dəyirmi masa keçirilib
Aprelin 14-də Qaradağ Rayon Heydər Əliyev Mərkəzi və Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 15 Aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan mədəniyyətinin fundamental prinsipləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə müxtəlif qurumların nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Qonaqlar əvvəlcə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı foto və kitab sərgisi ilə tanış olub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyaya baxış keçiriblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan mədəniyyətinin inkişaf etdiyi, milli kimliyin əsas dayaqlarından birinə çevrildiyi vurğulanıb. Qeyd olunub ki, onun müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir.
Tədbirdə ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının professoru,kulturologiya elmləri doktoru, Azərbaycanda "Tətbiqi Kulturologiya" elminin yaradıcısı və "Kulturologiya Tarixi" elminin banisi İLQAR HÜSEYNOV 'un möhtəşəm çıxışı hamını heyrətləndirdi. Professor Ümumilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətləri olduğunu, həyatımızın bütün sahələrində olan nailiyyətlərdə, o cümlədən milli mədəniyyətimizin çiçəklənməsində, mənəvi- əxlaqi dəyərlərimizin qorunmasında, Azərbaycan xalqının mədəni imicinin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətlərindən danışdı. Prof.İlqar Hüseynov dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının zəngin tarixə, maddi mədəniyyət abidələrinə, ədəbiyyata,incəsənətə və musiqi mədəniyyətinə malik olduğunu xüsusi qeyd etdi. Hər bir xalqın mədəniyyəti onun böyüklüyünün və müdrikliyinin təcəssümüdür söylədi.
Çıxışında Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin və göstərdiyi xidmətlərin, respublikamızın mənəvi-siyasi həyatı üçün həm də böyük bir məktəb olduğunu vurğuladı. İlqar Hüseynov böyük ehtiramla qeyd etdi ki, Azərbaycanın memarı Ümumilli Lider Heydər Əliyevin mədəni irsində vətən sevgisi, Azərbaycan sevgisi,Azərbaycançılıq hissi, xalq,millət sevgisi,dil sevgisi, milli-mənəviyyat sevgisi xüsusi yer tutur. Professor İlqar Hüseynov Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qurub-yaratdığı Azərbaycanın bütün sahələrinə misilsiz xidməti barədə danılmaz faktları məruzə edərək çıxışını bitirdi. Çıxış böyük alqışlarla qarşılandı.
Nahidə Aslanqızı
Mahilə Qurbanova
15.04.2026
[email protected]