Beynəlxalq aləmin qəbul etdiyi dahi Siyasətçi
Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri,
“Ümumi kimya və kimyanın tədrisi texnologiyası” kafedrasının müdiri,
kimya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycanın son 22 il ərzində qazandığı yüksək nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin parlaq nəticəsidir. Çoxəsrlik tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi günləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə və qətiyyətlə davam etdirilməsinin təntənəsidir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz nailiyyətlərə imza atıb.
Ötən dövrdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasi kurs Azərbaycanın sürətli və dayanıqlı inkişafını təmin edib, güclü iqtisadi potensial formalaşıb, müasir cəmiyyət quruculuğu istiqamətində mühüm addımlar atılıb, vətəndaşların rifahı yüksəlib, təhlükəsizlik və müasir ordu quruculuğu sahəsində ciddi nəticələr əldə olunub. Eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu artıb, strateji əhəmiyyəti daha da güclənib.
Prezident İlham Əliyev həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri ilə hər kəsin rəğbətini və hörmətini qazanaraq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə edib. O, keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradıb, hər zaman güclü və müstəqil Azərbaycan naminə çalışıb. Milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, azərbaycançılıq məfkurəsinə ali münasibət, müstəqillik, Vətən və xalq sevgisi Prezidentin lider kimi əsas keyfiyyətləridir.
İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra uğurla reallaşan antiterror əməliyyatları nəticəsində isə dövlət suverenliyimiz bərqərar edildi. Azərbaycanın əldə etdiyi böyük Qələbə ilə regionda erməni faşizminin başı əzildi, burada öz maraqlarını bərpa etmək istəyən destruktiv güclərin planı alt-üst oldu. Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır. Dövlət başçısı bu Qələbə ilə Ümummilli Lideri Heydər Əliyevin arzularını həyata keçirdi. Artıq Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi Cənubi Qafqazda bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü nümayiş etdirdi.
Prezident İlham Əliyevin qurduğu iqtisadi və sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun gücləndirilməsinə, insan rifahının yüksəldilməsinə və dövlətin strateji gücünün artırılmasına xidmət edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin vacib tərkib hissəsi olan Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanın Qarabağla bağlı absurd iddialarının dəf edilməsində vacib rol oynayır. Ermənistanla münasibətlərin normallaşması prosesində insan hüquqları müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.
Son 5 ildə Prezident azad olunmuş ərazilər üzrə çoxsaylı tədbirlərdə iştirak edib, müxtəlif təyinatlı layihələrin təməlini qoyub, yeni infrastruktur layihələrinin açılışını edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz bu gün siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz, regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib. Ölkə başçısının daim vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə strateji əhəmiyyətini artırmış, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.
Son 22 ilin yekununda əldə olunan uğurlar Prezident İlham Əliyevin adının qalib dövlətin, qalib xalqın qalib Lideri və Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinə torpaqlarımızın xilaskarı olaraq qızıl hərflərlə yazılmasını şərtləndirib. Prezident İlham Əliyev ölkənin inkişafında iqtisadi amilin həlledici rolunu ön plana çəkərək fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına təmin olunmasını əsas hədəf kimi müəyyənləşdirib. Bu məqsədlə bölgələrin potensialından səmərəli istifadə edilməsi prioritet götürülüb və regional inkişaf proqramları uğurla icra edilib.
Bu gün paytaxt Bakı ilə yanaşı, regionların da müasirliyi və davamlı inkişafı ilə dünyanın diqqət mərkəzində olması bunun bariz göstəricisidir.
Tarixi Zəfərimizin yaratdığı yeni reallıqların mühüm sənədlərin qəbulunu zəruri etdiyini deyən deputat bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təkcə işğaldan azad edilmiş ərazilərin deyil, bütün bölgələrin inkişafına geniş imkanlar açır.
Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bu gün də dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə edilməsi iqtisadi müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu enerji layihələrindən əldə edilən milyardlarla dollar vəsait sosialyönümlü siyasətin həyata keçirilməsinə və mühüm sosial layihələrin icrasına yönəldilir.
Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və davamlı inkişaf kompleks tədbirlərin reallaşdırılmasına əsaslanır. Suverenliyimizin tam bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə geniş vüsət alan bərpa və quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının real təqdimatıdır. Qarabağda və Şərqi Zəngəzurda qısa müddətdə görülən nəhəng işlər bunun açıq sübutudur.
Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün Cənubi Qafqazda söz sahibi olan, regional miqyasda ədalətin, sülhün və əməkdaşlığın təminatçısı kimi çıxış edir. Artıq dünya ictimaiyyəti Azərbaycanın regional liderliyini və bölgədə formalaşdırdığı yeni reallıqları qəbul edir.
Dövlət başçısının mötəbər beynəlxalq tədbirlərdə, dünyanın aparıcı liderləri ilə görüşlərdə verdiyi bəyanatlar, xüsusilə cari ilin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması ölkəmizin Avro-Atlantik məkanda etibarlı tərəfdaş və mühüm strateji mərkəz kimi qəbul olunduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində son 22 ildə qazanılan uğurların miqyası son dərəcə möhtəşəmdir. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin müəllifi olduğu qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi qalib, bütövləşmiş yeni Azərbaycandır.
Fürsətdən istifadə edərək, cənab Prezident İlham Əliyevi 24 dekabr doğum günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, Qalib Azərbaycanımızın inkişafı naminə fəaliyyətində hər zaman uğurlar arzu edirik.
23.12.2025
[email protected]