Xalqımızın Müzəffər Lideri, doğum gününüz mübarək!

NAMİQ BABAYEV
Bakı şəhəri, Kliniki Tibbi Mərkəz
Aptek bölmə müdiri


Mübaliğəsiz demək olar ki, hər bir xalqın xoşbəxtliyi onun suverenliyi, azadlığı ilə bilavasitə bağlıdır. Müstəqil bir dövlət kimi tanınmaq, taleyini özünün həll etmək arzusu dünyada olan beş minədək xalqın bir çoxunun ən böyük istəyi olsa da, indiyədək haradasa 200 dövlət qurulmuşdur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalqlar sırasındadır ki, onun müstəqil dövləti vardır. Həmçinin son illərdə iqtisadi baxımdan xeyli inkişaf etdiyi üçün daha da xoşbəxtdir.
Ümummilli lider 2003-cü il seçkiləri ərəfəsində xalqa etdiyi müraciətində bildirmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndər ürəkdən inanırdı ki, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətinə və iqtisadiyyatına bələd olan və təşəbbüskar bir şəxsiyyət olan İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək dövlətimizin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək və Azərbaycan, həqiqətən də, “dünyaya Günəş kimi doğacaq.” Unudulmaz dahi şəxsiyyətin ümidləri, onun siyasi xəttinə səs verən xalqın inamı özünü doğrultdu. İlk dəfə ölkə Prezidenti seçilərkən – “Mən hər bir azərbaycanlının Prezidenti olacağam,”– deyən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə fədakar bir kapitan kimi, “Azərbaycan” gəmisini zamanın fırtınalarından çıxararaq, siyasət okeanının nəhəng aysberqlərindən qoruyaraq qətiyyətlə irəli apara bildi. Gördüyü işlərlə sübut etdi ki, ölkədə hər kəsin Prezidentidir. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, onun İlham Əliyev kimi qüdrətli, xarizmatik lideri, vüqarlı bayraqdarı var.
Heç şübhəsiz müstəqillik tariximizin böyük hissəsi ölkəmizin, onun müstəqilliyinin baş memarı Heydər Əliyevin kursunu inamla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Praqmatik liderlik keyfiyyətlərinə malik olan İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. Ulu öndərin siyasi kursunu böyük müdrikliklə davam etdirən Prezident İlham Əliyev onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin və dövlətin marağında olan təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirir. Ümummilli liderimiz tərəfindən əsası qoyulmuş və xalqın gələcəyinə hesablanmış təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın son 22 il ərzində qazandığı yüksək nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin parlaq nəticəsidir. Çoxəsrlik tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi günləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə və qətiyyətlə davam etdirilməsinin təntənəsidir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz nailiyyətlərə imza atıb.
Prezident İlham Əliyev ölkənin inkişafında iqtisadi amilin həlledici rolunu ön plana çəkərək fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına təmin olunmasını əsas hədəf kimi müəyyənləşdirib. Bu məqsədlə bölgələrin potensialından səmərəli istifadə edilməsi prioritet götürülüb və regional inkişaf proqramları uğurla icra edilib. O əlavə edib ki, həyata keçirilmiş dörd Dövlət Proqramı hər bir bölgənin, o cümlədən parlamentdə təmsil etdiyi Xaçmaz rayonunun simasının dəyişməsində, infrastrukturunun yenilənməsində mühüm rol oynayıb. Bu gün paytaxt Bakı ilə yanaşı, regionların da müasirliyi və davamlı inkişafı ilə dünyanın diqqət mərkəzində olması bunun bariz göstəricisidir.
Tarixi Zəfərimizin yaratdığı yeni reallıqların mühüm sənədlərin qəbulunu zəruri etdiyini deyən deputat bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təkcə işğaldan azad edilmiş ərazilərin deyil, bütün bölgələrin inkişafına geniş imkanlar açır.
Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və davamlı inkişaf kompleks tədbirlərin reallaşdırılmasına əsaslanır. Suverenliyimizin tam bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə geniş vüsət alan bərpa və quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının real təqdimatıdır. Qarabağda və Şərqi Zəngəzurda qısa müddətdə görülən nəhəng işlər bunun açıq sübutudur.
Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın yeni strateji hədəflər müəyyənləşdirdiyini deyən Ağalar Vəliyev bildirib ki, bu gün ölkəmiz Cənubi Qafqazda söz sahibi olan, regional miqyasda ədalətin, sülhün və əməkdaşlığın təminatçısı kimi çıxış edir. Artıq dünya ictimaiyyəti Azərbaycanın regional liderliyini və bölgədə formalaşdırdığı yeni reallıqları qəbul edir.
Dekabrın 24-ü təqvimdə sadə bir tarix kimi görünə bilər. Lakin bu gün Azərbaycan xalqı üçün sadə bir gün deyil. Bu gün, bir millətin taleyini dəyişən, onu zülmətdən nura çıxaran, qürurla “Mən azərbaycanlıyam!” deməyi xalqına sevincə çevirən bir Liderin — Möhtərəm Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.
Əgər bu gün Azərbaycan əsgəri səngərdə əmin-amanlıqla dayanırsa, xalq sabaha ümidlə baxırsa, bu, Cənab Prezidentimizin sarsılmaz iradəsi, müdrik siyasəti və xalqına olan sonsuz sevgisinin bəhrəsidir. O, yalnız Dövlət Başçısı deyil — o, həm də millətin ruhunu özündə daşıyan, tarixin axarını dəyişən bir Şəxsiyyətdir.
Onun rəhbərliyi ilə Azərbaycan yalnız torpaqlarını deyil, həm də milli ləyaqətini, tarixi ədaləti bərpa etdi. Bu gün “Bütöv Azərbaycan” deyə bilirik, çünki bu, artıq bir ideal yox, reallıqdır. Bu reallığın arxasında şəhidlərin müqəddəs qanı, qazilərin fədakarlığı və ən başlıcası, Liderimizin əyilməz iradəsi dayanır.
Cənab Prezidentin şəhid ailələrinə, qazilərə, hərbçilərə və onların ailələrinə göstərdiyi diqqət və qayğı, onun ali insani keyfiyyətlərinin, xalqına olan dərin məhəbbətinin təcəssümüdür. O, xalqın səsinə çevrilmiş iradədir, millətin qəlbində yaşayan Liderdir.
Bu əlamətdar gündə Möhtərəm Cənab Prezidentə sağlam can, tükənməz enerji, müdriklik və gələcək fəaliyyətində uğurlar arzulayırıq. Sizinlə fəxr edirik, Sizinlə güclüyük, Sizinlə Bütöv Azərbaycanıq, Cənab Prezident!

23.12.2025



[email protected]