Qalib xalqın Sərkərdəsi - ad gününüz mübarək!
Məmmədova Leyla Kamran qızı
ADİU nəzdində Qida Sənayesi Kollecinın kimya müəllimi
Tarix heç nəyi unutmur, xalqların sevincini də, kədərini də yaddaşının dərin qatlarında qoruyur. Qəhrəmanları ilə qürurlanır, xəyanətləri isə susqun ittiham kimi üzə çıxarır. Bu baxımdan Azərbaycan tarixi də istisnasız olaraq qürur, ağrı dolu səhifələri ilə yüzillərin sınağından keçib. Şuşanın düşmənə təslim edilməsi, Kəlbəcərin müdafiəsiz qalması, bütün Qarabağın liderlik böhranı ucbatından işğal olunması, 1993-cü ilin sarsıntıları, müstəqilliyin itirilməsi təhlükəsi, taleyimiz sual altına düşməsi tariximizin acı dərsi kimi kitablara köçürüldü. Amma liderlər millətinin təslim olmasına imkan vermir, mənsub olduğu xalqı qoruyur, yüksəldir. Belə möcüzə sayılacaq fövqəladə nümunəni ötən əsrin sonlarında Ulu öndər Heydər Əliyev sərgiləmişdi. Heydər Əliyev Azərbaycanı qorumaqla kifayətlənmədi, eləcə də xalq adına görə bilmədiyi müqəddəs işləri həyata keçirmək üçün lider hazırladı. Böyük öndər çox gözəl bilirdi ki, onun sona çatıra bilmədiklərini yeni əsrin yeni lideri İlham Əliyev onun adına layiq bir qətiyyətlə tamamlayacaq və onun qurduğu təməlin üstündə gələcəkdə daha böyük işləri davam etdirəcək liderə ehtiyac var.
2003-cü il oktyabr ayının 15-də xalqımızın dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətini uğurla davam etdirməyə başladı. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyərək müqəddəs “Qurani-Kərim”ə və Azərbaycan Respublikasının Konstitusiyasına and içən dövlətimizin başçısı verdiyi bütün vədlərin yerinə yetirilməsi üçün gecə-gündüz çalışdı və buna tamamilə nail oldu. İyirmi il ərzində Prezident olduğu dövrə nəzər salsaq görərik ki, İlham Əliyev əsrlərə sığmayan fəaliyyəti ilə bütün amalı insanlara xidmət etmək, xalqa arxalanmaq, onunla bir olmaq, mənafeyini qorumaq, dövlət maraqlarını təmin etmək kimi şərəfli tarixi missiyanı həyata keçirməyə müvəffəq olub. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan dövlətinin müasir dövrdə hərtərəfli inkişafını həyata keçirdi, xalqının rifahı yolunda əlindən gələni əsirgəmədi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün keşiyində hər İlham Əliyev 22 il əvvəl prezident seçiləndə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, işğalçı ermənilərin qədim və müqəddəs torpaqlarımızdan çıxarılacağını, məcburi köçkünlərin öz dədə-baba yurdlarına geri dönəcəklərini qəti əminliklə bəyan etmişdi. Vədinə xilaf çıxmadı, sözünü yerinə yetirdi - Azərbaycan Respublikası Ermənistanın hərbi birləşmələri tərəfindən zəbt olunmuş ərazilərini azad etdi. Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hamılıqla doğma torpaqlarımızın işğaldan azad ediləcəyinə hər zaman əmin idi. Bu əminliyi, bu inamı yaradan, mərdliklə, peşəkarlıqla, böyük məharətlə ərazi bütövlüyümüzü təmin edən Prezidentimiz, müdrik sərkərdəmiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!
“O, ata vəsiyyətini də yerinə yetirdi və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində, habelə daha bir neçə şəhərimizdə Azərbaycanın Dövlət Bayrağını yenidən ucaltdı. Bu, Azərbaycan xalqının tarixində qürurverici bir gündür. Bütün bu və digər nailiyyətlərimizin memarı və müəllifi Müzəffər Ali Baş Komandan, 55 milyonluq dünya azərbaycanlılarının lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir!
Xalqın öz Prezidentinə olan böyük etimadı əsası Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhtəşəm inkişaf strateji istiqаmətinin bütünlüklə dəstəklənməsi deməkdir. Bu kursun qətiyyətlə davam etdirilməsi hazırda çağdaş dünyanın daha çox inkişaf etmiş demokratik sisteminə fəal inteqrasiya edən cəmiyyətimizin həyatının bütün sahələrinin modernləşməsinin təmin olunmasında yetərincə mühüm amildir.
“Əminik ki, Prezident İlhаm Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası təlatümlü, bütün bəşəriyyət üçün taleyüklü əhəmiyyət kəsb edən bir dövrdə Qərb və Şərq sivilizasiya sistemlərini birləşdirən etibarlı körpü olaraq yeni-yeni uğurlar qazanacaq. Çünki Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Onun daxili və xarici siyasətini, ideyalarını Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir. Məhz İlham Əliyevin apardığı çoxşaxəli müdrik siyasəti, əldə etdiyi tarixi nailiyyətləri artıq 20 ildir ki, ölkədə dayanıqlı inkişafı, iqtisadi tərəqqini, ictimai-siyasi sabitliyi təmin edir, xalqın rifah halının yüksəldir, ölkə vətəndaşlarının dövlət başçısının ətrafında getdikcə daha sıx birləşməsinə səbəb olur, dünya miqyasında Azərbaycanın beynəlxalq imicini, etibarlı tərəfdaşlığını təsdiq edir
Böyük dövlətçilik məktəbi və siyasi iradə nümunəsi Azərbaycan üçün yeni dönəmin xəritəsini müəyyənləşdirdi. Prezident İlham Əliyev bu xətti davam etdirərək ölkəmizi həm qorudu, həm də gücləndirdi. Onun liderliyi milli ideyanın reallaşmasına və strateji düşüncənin praktik siyasətə çevrilməsinə şərait yaratdı. Azərbaycan yalnız mövqeyini qorumaqla kifayətlənmədi, həm də beynəlxalq aləmdə öz sözünü inamla dedi. Sonrakı proseslər bir daha onu sübut etdi ki, Ümummilli liderin uzaqgörən siyasəti təkcə tarixi qərar olmadı, xalqımızın gələcəyini müəyyən edən strateji baxışa çevrildi. İlham Əliyev isə həmin baxışı gerçək edərək dövlətimizi möhkəmləndirdi və xalqımızın inamını daha da yüksəltdi.
Prezident İlham Əliyev islahatçı lider kimi müasir və modern bir ölkə qurmağı bacardı. Yeni lider Ulu öndərin dövlətçilik ideyasına və azərbaycançılıq məfkurəsinə sadiq qalaraq seçkilərdə verdiyi vədi tam yerinə yetirdi və hər birimizin prezidenti oldu. Praqmatik düşüncə tərzi ilə Heydər Əliyevin sabitlik adasına çevirdiyi Azərbaycanı beynəlxalq problemlərin həll olunduğu məkana, iqtisadi mərkəzə, multikultural dəyərlərin ünvanına və ən möhtəşəm oyunların arenasına çevirməyə nail oldu, ölkənin qüdrətini təmin etdi. Vətəndaş inamını, etimadını və etibarını qazandı. Bütün bunlardan sonra Azərbaycan bu illər ərzində həm regionda, həm də qlobal miqyasda inkişaf nümunəsi kimi tanındı. Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi cəmiyyətin bütün sahələrində şəffaflığı və çevikliyi artırdı. Uğurlu beynəlxalq əməkdaşlıq siyasəti isə ölkənin siyasi, iqtisadi və humanitar platformalarda mövqeyini daha da möhkəmləndirdi.
Paralel olaraq ordu quruculuğu prosesinə diqqət artırıldı, ölkəmizin ən ağır dərdi olan Qarabağın işğaldan azad olunması dövlətin ali vəzifəsinə çevrildi. Sülh danışıqları prosesində milli maraqlarımızı ləyaqətlə müdafiə edən Prezidentin mövqeyi qəti idi: Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı və bu yeganə yol hesab edilirdi.
Nəhayət, tarixi gün yetişdi. Xalqımız Prezident İlham Əliyevin siyasi qətiyyəti və hərbi qüdrəti sayəsində Qarabağı işğaldan azad etdi. Bu Qələbə birmənalı şəkildə xalqına güvənən İlham Əliyevin adı ilə bağlıdır. O, Ali Baş Komandan kimi döyüş meydanında, Prezident kimi isə diplomatiya müstəvisində işğalçı ölkəyə tarixinin ən ağır məğlubiyyətini yaşatdı və rüsvayçı təslimçilik aktı ilə düşməni Azərbaycanın ayağına gətirdi.
Bu cür Qələbəni tarixdə yalnız Atatürk öz xalqına bəxş etmişdi. General Duqlas Makarturun onun haqqında söylədiyi “Atatürk türk xalqına özünə inam və güvən hissini aşılayaraq millətin böyüklüyünü sübut etmişdir” fikri bunu aydın şəkildə ifadə edir. Bu tarixi uğuru Türk dünyasında milli ağrılarımızı və acılarımızı bizə unutduran Prezident İlham Əliyev müasir dövrdə təkrarladı və xalqa bağlılığın nümunəsini yaratdı.
Dünyanın birinci ölkəsinin birinci tribunasında ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı “Siz böyük lidersiniz. Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm” sözləri ölkəmizin başçısına verilən qlobal qiymət idi və bu heç də təsadüfi deyildi. Çünki İlham Əliyev etiraf olunduğu kimi qlobal liderdir və Azərbaycan onun siyasəti nəticəsində dünyanın seçilən və qəbul olunan ölkəsinə çevrilib.
Məhz bunların davamı olaraq yeniləşdirdiyi, bütövləşdirdiyi ölkəmizdə Prezident İlham Əliyev xalqımız üçün Azərbaycan qədər müqəddəs oldu. Tarixi bir daha sübut etdi ki, dahilər heç vaxt yanılmıllar və böyük Heydər Əliyev seçimi ilə yanılmamışdı! Azərbaycan xalqının bildiyi bu həqiqəti artıq bütün dünya etiraf edir.
Bütün dünyanın böyük ehtiramla yanaşdığı, böyük Lider kimi tanıdığı cənab Prezidenti fürsətdən istifadə edərək, ad günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı arzulayırıq.
23.12.2025
[email protected]