Azərbaycan xalqının Qalib Sərkərdəsi

SAMİRƏ MUSAYEVA 
233 nömrəli tam orta məktəbin biologiya müəllimi,
biologiya üzrə fəlsəfə doktoru, 

Redaksiya Heyətinin fəxri üzvü


30 il həsrətində olduğumuz torpaqlarımız müzəffər Ali Baş Komandan ilham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən Müharibəsində Zəfər  çalaraq, erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu  Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qələbədir! Azərbaycan   xalqı 200 ildən çoxdur ki,  erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Nəhayət, 2020-ci ildə Azərbaycan öz torpaqlarına sahib çıxdı, ərazi bütövlüyünü təmin etdi. Bu Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti, bizim qəhrəman, igid əsgər və zabitlərimizin rəşadəti nəticəsində baş verdi. 2023-cü ildə  təxminən 1 gün davam edən lokal xarakterli antiterror  tədbirləri keçirilərək suverenliyimiz tam bərpa olundu. Artıq  xalqımız daha işğal günlərini qeyd etmir. Bu gün hər birimiz bu tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana və Ordumuza minnətdardırıq.
 Bir məsələni də unutmaq olmaz ki, keçən dövr elə də asan  olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq, müxtəlif zamanlarda müəyyən siyasi dairələrin himayəsi ilə dövlət çevrilişləri etmək, ölkəni inkişafını ləngitmək, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. Və ildən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir.
Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiqlədiyi dövlət proqramları əsasında şəhərlə kənd arasında fərqi aradan qaldırılmış və  Azərbaycanın kənd və şəhərləri bütün zəruri infrastrukturla təmin olunmuşdur.
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə  həyata keçirilən enerji siyasəti nəticəsində reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas almışdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Dövlət başçımızın müəllifi olduğu  və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə  hesablanmışdır. Vahid dövlətçilik siyasətinizə əsasən Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman və digər sahələrdə dayanmadan inkişaf edir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, qanunvericilikdə islahatların aparılması,  mədəni irsin və dəyərlərin dünyada tanıdılması, beynəlxalq təşkilatlarla və dövlətlərlə  ikitərəfli və çoxtərəfli əlaqələrin,  strateji əməkdaşlığın genişləndirilməsi ölkədə gedən inkişafın nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilmişdir.  Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycan Türk Dövlətləri Təşkilatınin inkişafına mühüm töhfələr verir. Cənab İlham Əliyev Türk dünyasının Birliyinin yaranması üçün sadəcə danışmır, addım-addım, çox dərindən düşünülmüş və gələcəyə hesablanmış  formada, daha əsaslı şəkildə reallaşması üçün misilsiz xidmətlər göstərir.
Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi bir əlamətidir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti dövründə dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı.
Ötən dövr ərzində Azərbaycanın tərəqqisi naminə həyata keçirilən  siyasət sayəsində ölkəmiz sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə uğurlar qazanmışdır. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə bir çox yeniliklərə imza atdı. Azərbaycanda siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi formalaşdırdı. 
Ölkə başçısı İlham Əliyevin ən böyük liderlik keyfiyyətlərindən biri  əsas milli dəyərləri təcəssüm etdirmək, xalqımızda inam və nikbinlik aşılamaq bacarığıdır. Onun yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Bunlar hamısı nə üçündür? Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün ölkəmizə yönələn təhlükələri dərk edir və bunun məsuliyyətini anlayır.
Bu gün gənc, ancaq bir o qədər də inamlı addımlarla inkişaf edən, güclənən, regionda və beynəlxalq aləmdə nüfuzu artan Azərbaycana təzyiq göstərirlər. Diplomatik və siyasi  təsirlərə  baxmayaraq,  öz prinsipial mövqeyindən  dönməyən dövlət başçımız bu gün də bu qətiyyəti, siyasi iradəni Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərir. Xalqımız Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı ilə “dəmir yumruq” kimi  onun ətrafında sıx birləşərək, Azərbaycanlı olmağın fəxarətini yaşayır və hər zaman yaşayacaqdır!
Fürsətdən istifadə edərək, cənab Prezidentimizi 24 dekabr ad günü münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uğurlar arzulayırıq. 
 

23.12.2025


[email protected]