Güclü Lider, Güclü Şəxsiyyət

Niyaməddin Məmmədov
Lənkəran rayon Separadi kənd bələdiyyəsinin sədri


Hər bir dövlətə, xalqa nəsib olmur tarixə adını yazan dahi şəxsiyyətlər yetişdirmək. Əminliklə deyə bilərik ki, bu sarıdan Azərbaycan xalqı ən xooşbəxt xalqlardan, Azərbaycan isə ən şanslı dövlətlərdəndir. Çünki son iki əsrdə Heydər Əliyev və Onun layiqli davamçısı İlham Əliyev kimi tarixi şəxsiyyətlər yetişdirib.
XX əsrin 60-90-cı illərində Ümummmilli Lider Heydər Əliyev Azərbaycan naminə, ölkəmizin inkişaf etdirilməsi istiqamətində atdığı addımlarla adını tarixə yazdı. Xalqın liderinə çevrildi. XXI əsrdə isə bu missiyanı Onun layiqli davamçısı Cənab İlham Əliyev davam etdirdi. 63 illik ömür yolunun tən yarısını müxtəlif dövlət vəzifələrində çalışan, 2003-cü ildən isə Azərbaycan adlı gəminin kapitanı kimi ölkəmizi yalnız uğurlara, zirvələrə doğru aparan Cənab İlham Əliyev təkcə siyasi lider kimi dünya siyasi səhnəsində ad qazanmadı, həm də ata vəziyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan kimi tarixə öz möhürünü vurdu. Ulu Öndər 2003-cü ildə “Mən İlham Əliyevə özüm qədər inanıram” deyəndə yanılmamışdı. Onun siyasi bacarığı, liderlik qabiliyyəti, qətiyyətinə güvənir və Onu özünə haqlı olaraq layiqli davamçı seçirdi.
Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi gündən sələfi Ümummilli Lider kimi qısa zamanda xalqın sevimli liderinə çevrilə bildi. İlk dəfə Azərbaycan Prezidenti kimi and içərkən söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacam” fikirləri ötən 24 il ərzində əməli, gördüyü işlərlə təsdiqlədi. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf yoluna qədəm qoydu. Həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun, eləcə də dünyanın lider dövlətlərindən birinə çevirdi. İllər öncə Azərbaycana ikinci, üçüncü sort ölkə kimi baxan supergüclər artıq Azərbaycanla hesablaşmaq məcburiyyətində qaldılar, Onun Liderinin imzasına hörmətlə yanaşmalı oldular. Çünki Azərbaycan Liderinin söylədiyi hər bir fikir Onun imzası qədər də keçərli idi.
Bir dövlətin tarixində elə anlar olur ki, orada liderin şəxsiyyəti xalqın taleyi ilə tamamilə vəhdət təşkil edir. Azərbaycan vətəndaşı olaraq geriyə dönüb son iyirmi ilə nəzər saldıqda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyini təkcə bir siyasi idarəçilik dövrü deyil, həm də xalqın sınmış qürurunun bərpası və milli özünəinamın intibahı kimi görürük. Bu fəaliyyət proqramı, hər bir azərbaycanlının həyatına toxunan bir neçə təməl sütun üzərində qurulub.Azərbaycan Respublikasının müasir inkişaf mərhələsi güclü dövlətçilik ənənələri, ardıcıl siyasi kurs və milli maraqlara əsaslanan idarəetmə modeli ilə səciyyələnir. Bu inkişafın mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli və sistemli fəaliyyəti dayanır. Onun rəhbərliyi dövründə Azərbaycan daxili siyasi sabitliyini möhkəmləndirmiş, iqtisadi müstəqilliyini təmin etmiş, beynəlxalq münasibətlər sistemində etibarlı və prinsipial tərəfdaş kimi mövqeyini daha da gücləndirmişdir.
Prezident cənab İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, milli maraqların qorunmasına və ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsinə xidmət edir.
Vətəndaş üçün ən böyük nemət daxili sabitlikdir. Qlobal dünyada xaosun, müharibələrin və dövlətlərin iflasının yaşandığı bir dövrdə Azərbaycanın "sabitlik adası" kimi qalması təsadüfi deyil. Bu sabitlik təkcə daxili asayişin qorunması deyil, Prezident İlham Əliyevin son 22 ildə həyata keçirdiyi uzaqgörən dövlətçilik kursunun, xalq-iqtidar birliyinin və sarsılmaz milli iradənin məntiqi nəticəsidir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi bu sabitliyin hüquqi və siyasi zirvəsini təşkil edir
İlham Əliyevin prezidentlik dövrü Ümummilli Lider Heydər Əliyevin siyasi varislik xəttinin uğurla davam etdirilməsi ilə səciyyələnir. Bu kurs daxili sabitliyi təhdid edə biləcək bütün riskləri – istər xarici təzyiqlər, istərsə də daxili parçalanma cəhdləri olsun – neytrallaşdırmağa nail olmuşdur. 2024-cü ilin fevralında keçirilən prezident seçkilərində xalqın mütləq dəstəyi bir daha təsdiqlədi ki, Azərbaycandakı siyasi sabitlik süni xarakter daşımır, xalqın öz liderinə olan inamına söykənir. 
Prezidentin siyasi sabitliyi qorumaq metodlarından biri də cəmiyyətdə barışıq və humanizm mühitini təmin etməkdir. 2025-ci ilin dekabrında imzalanan genişmiqyaslı amnistiya aktı və əfv sərəncamları dövlətin gücünü deyil, humanist mahiyyətini nümayiş etdirir. Bu addımlar dövlət-vətəndaş münasibətlərini daha da sıxlaşdırır və radikal meyllərin qarşısını alır. 
Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin ən mühüm mərhələsi Qarabağ məsələsinin həlli ilə bağlıdır. Hər bir azərbaycanlı vətəndaşın daxilində 30 illik bir nisgil var idi – Qarabağ dərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin ən möhtəşəm hissələrindən biri də məhz bu dərdi qələbə sevinci ilə əvəzləməsi oldu. O, illərlə səbir göstərdi, ordunu addım-addım hazırladı, beynəlxalq arenada Azərbaycanın haqlı səsini çatdırdı. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandanın xalqa müraciətləri hər birimizi bir yumruq kimi birləşdirdi. O, təkcə torpaqları azad etmədi, həm də bizim başımızı dik tutmağımızı təmin etdi. Bu gün Şuşada ucalan bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli qürur siyasətinin ən ali nöqtəsidir.
Qələbədən sonra azad edilmiş ərazilərin bərpası və yenidən qurulması dövlət siyasətinin əsas prioritetinə çevrilmişdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı tikinti və infrastruktur layihələri uzunmüddətli inkişaf strategiyasına əsaslanır.
Bu gün biz "Böyük Qayıdış"ın şahidləriyik. Dağıdılmış şəhərlərin yerində yüksələn "ağıllı" kəndlər, Qarabağın səmasında uçan təyyarələr dövlətimizin iqtisadi gücünün və prezidentin yaradıcı ruhunun simvoludur. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq müdafiə olunan tərəf deyil, diktə edən və regionun gələcəyini müəyyənləşdirən tərəfdir.
İlham Əliyev illərlə xəyal etdiyimizi gerçəkliyə çevirdi. Müzəffər Ali Baş Komandan kimi Qarabağ həsrətimizə son qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı cəmi 44 günə azad edərək adını Qalib Sərkərdə kimi təkcə Azərbaycan deyil, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Ən əsası tarixi ədaləti bərpa etməklə 200 illik erməni mifinə, erməni yalanlarına son qoymuş oldu. Yuxularmızda getdiyimiz Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına real həyatda getmək imkanı qazandırdı bizlərə. Azərbaycanın ərazi bütövlüyünü Güclü Lider, Güclü Şəxsiyyət olaraq tam bərpa edərək dünyaya, eyni zamanda erməni maraqlarına xidmət edən dairələrə həm də dərs keçmiş oldu.
Bu gün Azərbaycan 64 yaşlı Qalib Lider, Qalib Sərkərdənin rəhbərliyi ilə yeni zirvələrə doğru uğurla addımlayır. Bu yol çətin olduğun qədər də şərəfli, uğurludur. Bu şərəfli yolda biz də milli inkişafçılar olaraq Cənab Prezidentə uğurlar arzulayır, Onu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik.
Tanrı Azərbaycanımızı, Onun Qalib Lideri Cənab İlham Əliyevi qorusun.


22.12.2025


[email protected]