UNEC, dosent
Prezident mükafatçısı
Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəfli həyat yolu, müdrik liderlik fəaliyyəti və xalqımıza göstərdiyi misilsiz xidmətləri gələcək nəslə mirasdır.
Ulu Öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla, ölkəmizin müstəqillik tarixində yeni və rəşadətli mərhələnin təməlini qoydu. Müasir müstəqil dövlətimizin yaradıcısı və qurucusu, zaman-zaman ölkəmizi dönməz yüksəliş yoluna çıxarmış Ulu Öndər Heydər Əliyevin anadan olduğu gündən 102 il keçir. Müstəqil, suveren, qüdrətli və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəri olaraq xalqımızın nicatı, ölkəmizin sürətli inkişafı, bu günki qələbələrimiz və nailiyyətlərimizin məhz onun adı ilə bağlı olduğunun şahidi oluruq.
2003-cü ildən hər il, hər bir azərbaycanlı xalqımızın lideri, xilaskarını doğum və anım günündə Fəxri Xiyabana gələrək, Ümummilli Liderin məzarını ziyarət etməyi özlərinə mənəvi borc bilirlər. Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fenomen şəxsiyyət olan Heydər Əliyev uzaqgörən siyasəti, qəbul etdiyi qərar və verdiyi töhfələrin, ölkəmizin inkişafı naminə görülən misilsiz xidmətlərin gənc nəslə çatdırılmasının vacibliyini qeyd edərək hər zaman vətəni, xalqı üçün əziz və doğma olaraq qalacaq. Heydər Əliyevin həyat fəalyyəti, təcrübəsi, əqidəsi və amalı yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli dərəcədə nümunədir.
Sosial zaman ictimai proseslərin, cəmiyyətin, dövlətin və insan həyatındakı tarixi dəyişikliklərin ölçüsüdür. Onun gələcəyə doğru inkişaf istiqaməti tarixi prosesdə görkəmli şəxsiyyətlərin rolunu zəruri edir. Cəmiyyətin yüksək xətti inkişafı, eyn zamanda keçid mərhələlərində tarixi hadisələrin mürəkkəbliyi və ziddiyətli xarakteri bu şəxsiyyətlərin aparıcı və həlledici rolunu ön plana çəkir. Tarixi şəxsiyyətlərin əsl düzgün dəyər və qiyməti müəyyən zaman keçdikdən sonra verilir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev şəxsiyyəti və onun ömür salnaməsi, siyasi-mənəvi tariximizdə ən ali zirvədədir. O zirvənin əzəmətini gələcək nəsillərə çatdırmaq üçün gəncləri, onun həyat fəaliyyəti və xalqımızın qarşısında xidmətləri, ideyaları haqqında məlumatlandırmalıyıq. Ümummilli Lider öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, tariximizin, sərhədlərimizin və xəritəmizin bərpası idi.
Onun layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi hər il daha böyük uğurlar qazanır, qüdrətlənir və regionda lider mövqeyini möhkəmləndirir. Hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri də onun ərazi bütövlüyüdür. Bu baxımdan İlham Əliyevin siyasi iradəsi, hərbi təcrübəsi, qətiyyəti ilə Vətən müharibəsində qazanılan şanlı qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Bu gün – Qarabağ Azərbaycandır! Qələbə Zəfəri ilə keçirilən Qələbə Paradının həsrətini xalqımız düz 30 il idi ki, gözləyirdi. Sentyabrın 27-dən başlanan ikinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdildi. Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytartdı. Bu böyük qələbədir. Bu, qələbə münasibəti ilə keçirilən hərbi nümayiş eyni zamanda o topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu.
Nəhayət, Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının siyasət və döyüş meydanında diplomatiyasının zəfəri idi. Müzəffər Şanlı Ordumuzun, igid əsgər və zabitlərimizin qanı töküldüyü Qarabağ - Azərbaycandır! Müqəddəs torpaqlarımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş ediləcək təntənəsi oldu. Bu nümayiş torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikanın, həmin torpaqlarda dalğalanan üç rəngli Bayraqlarımızın nümayiş olunduğu, intizarında və həsrətində olduğumuz qələbə təntənəsi idi.
Azərbaycan əraziləri 30 ilə yaxın, 1990-cı illərin əvvələrındən Ermənistanın xalqımıza qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb oldu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə,Vedibasar, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Bu Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasi meydanında işğalçı düşməni layiq olduğu yerini göstərməklə yanaşı bir daha sübut etdi ki, bizi öz haqq işimizdən, getdiyimiz müqəddəs yoldan heç bir qüvvə çəkindirə bilməz. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və Prezidentin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabrda Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. Bu tarix Azərbaycan siyasi tarixinə qızıl hərflərlə yazıldı. Və biz bu gün bir xalq və millət olaraq qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da möhkəmlənərək dəmir yumruğa çevrildi. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi! Sözsüz ki, asan yolla qələbə qazanmaq olmur. Bu qələbə, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuzun, Rəşadətli əsgər-zabitlərimizin igidliyi ilə qazanıldı.
Dövlətimizin başçısı İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqa təbrikində bir daha bildirdi ki, döyüş meydanında, siyasi müstəvidə qazandığımız Qələbə ölkəmiz üçün yeni dövr açır. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi. 8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix və Böyük Qələbə Günü. Şanlı tariximizə daxil olan Zəfər günü. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv yox, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mif darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək əfsanə yaratmışdılar.Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini bərqərar etdi.
Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən sənəddir. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Azərbaycan Prezidentinin, münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri döyüş meydanında darmadağın edilən ermənilərin, qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya imza atmağa məcbur oldu. Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən "Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik… Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi” söyləyən dövlətimizin başçısı Möhtərəm İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, "Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?!Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!". Dövlətimizin başçısı onu da bildirib ki, indi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!". Bəli, dekabrın 10-da bu qələbə sevincimizi Qələbə Paradını keçirməklə qeyd etdik. İşğal olunan torpaqlarda dalğalanan Qələbə bayrağımız da parada gətirilməklə qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdirdik.
8 Noyabr - Zəfər Günü bütün Azərbaycan xalqı üçün həm qürur, həm də məsuliyyət günüdür. Qələbə yalnız 2020-ci ilin hərbi-siyasi reallığı ilə məhdudlaşmır. O gələcəyə inamın, dövlət müstəqilliyinin möhkəmliyinin və milli birliyin təntənəsidir. Zəfər Azərbaycan xalqının tarixi iradəsinin, Prezident İlham Əliyevin müdrik və qətiyyətli liderliyinin göstəricisidir. Hər bir vətəndaş bu Zəfərin qorunması, ölkənin güclənməsi və gələcək nəsillərə sabit, azad və firavan Vətən mirası saxlanılması üçün öz məsuliyyətini dərk etməlidir.
Zəfərin ideoloji və mənəvi mahiyyəti bu gün hər bir azərbaycanlının həyatında yaşayır. Çünki bu qələbə təkcə bir dövrün hadisəsi deyil, müstəqil dövlətçilik tariximizin daimi dayağı, milli kimliyimizin ayrılmaz parçasıdır. 8 Noyabr xalqımızın əzmini, dövlətimizin qüdrətini və müstəqilliyimizin əbədiliyini simvolizə edən əziz gündür.
Yaşasın Müstəqil Qalib Azərbaycan!