TARİXDƏ QARDAŞLIQ: TÜRKİYƏ VƏ AZƏRBAYCANIN LİDERLƏRİ


İki ölkə, bir ürək – ortaq dərs, ortaq dəyər

11 dekabr tarixində Sumqayıt şəhər Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin 1C sinfi ilə Türkiyənin Necmi Şahin İlkokulu 2/A sinfi arasında “Tarixdə Qardaşlıq: Türkiyə və Azərbaycanın Liderləri” adlı xüsusi bir beynəlxalq dərs keçirildi. Bu dərs iki ölkə arasında illərdir davam edən dostluğun, qardaşlığın və sarsılmaz birlik ruhunun məktəbli yaşlarından formalaşdırılması məqsədi daşıyırdı.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk dünya tarixində iz qoymuş liderlər olmaqla yanaşı, həm də Azərbaycan–Türkiyə münasibətlərinin təməlində duran sarsılmaz qardaşlığın simvoludurlar. Dərsdə bu iki böyük şəxsiyyətin həyat yolu, düşüncələri, xalqlarına verdiyi dəyər və xalqlarımız arasında yaratdıqları dostluq körpüsü daha yaxından öyrənildi.

Uşaqlar Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” kəlamının mənasını, Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözlərinin isə əsl qardaşlıq fəlsəfəsini ifadə etdiyini interaktiv şəkildə müzakirə etdilər.

Bu dərs:

 Şagirdlərdə tarixi şəxsiyyətlərə marağı artırdı
Qardaş ölkələr arasında sevgi və birliyi daha dərindən anlatdı.
 Mədəni əlaqələri möhkəmləndirdi.
 Azərbaycan və Türkiyə şagirdlərini bir araya gətirərək unudulmaz bir təcrübə yaratdı

Tədrisi həyata keçirən müəllimlər –
Sevinc Əsədova (Azərbaycan) və İlkay Özdemir (Türkiyə) – hər iki ölkənin uşaqlarına ortaq dəyərləri aşılamaqla, gələcəyin daha bağlı və mehriban nəsillərini yetişdirmək məqsədi güddülər.

Bu layihə bir daha sübut etdi ki, dilimiz, tariximiz, mədəniyyətimiz və ürəyimiz birdir.
Azərbaycan və Türkiyə şagirdlərinin bu birgə dərsi gələcəyin daha güclü, sarsılmaz dostluğuna doğru atılmış kiçik, lakin çox dəyərli bir addımdır.

11.12.2025


[email protected]