Azərbaycan klubuna belaruslu baş məşqçi təyin olunub
Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının yeni baş məşqçisi məlum olub.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə belaruslu Sergey Kambur gətirilib. Onunla 1 illik müqavilə imzalanıb.
Sergey Kambur son olaraq “Qarabağ”ın qadınlardan ibarət komandasında işləyib.
“Azəryol”u son olaraq rusiyalı Aleksandr Revva çalışdırıb.
[email protected]