Mingəçevirdə şəhid ailələri, qazilər və veteranlarla görüş keçirilib
Mingəçevirdə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə şəhid ailələri, qazilər və veteranlarla görüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə ilə tariximizə Zəfər salnaməsi yazıb. Düşmənə döyüş meydanında dərs keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə, xalqın yaddaşına əbədi həkk olunublar. Zəfər tariximizin bu parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq. Gələcək nəsil də bu igid və qəhrəman övladlarımızla fəxr edərək, onlardan nümunə götürəcəklər.
Görüşdə Azərbaycanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu artan dövlətə çevrilməsindən, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atmasından da söz açılıb.
[email protected]