“Barselona”nın baş məşqçisi istefa ilə bağlı iddialara aydınlıq gətirib

İspaniyanın “Barselona” komandasının baş məşqçisi Hans-Diter Flik cari mövsümün sonunda istefa verəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, almaniyalı mütəxəssis yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Təcrübəli çalışdırıcı bunu “Növbəti cəfəngiyyat” adlandırıb. O, iddiaların əsassız olduğunu vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABC nəşri Hans-Diter Flikin yorulduğu və rəhbərlikdən kifayət qədər dəstək görmədiyi üçün gələn ilin yayında “Barselona”nı tərk etmək istədiyini yazıb.



[email protected]