Ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə daim çalışmaq, Mehriban xanım Əliyevanın həyat amalıdır

Axundzadə Aliyə Ramiz qızı
"Derma Esthetic School"un təsisçisi,
həkim-kosmetoloq

Azərbaycan özünün dövlətçilik təcrübəsi, ulu məskənlərimizin memarlıq abidələri, mədəniyyəti, milli-mənəvi dəyərlərilə qədim tarixə malik bir ölkə olduğundan hər zaman, xüsusən də son illər dünya miqyasında özünə böyük maraq oyada bilmişdir. Bu marağa bir səbəb də onun güclü və nüfüzlu bir dövlət kimi tanınması, böyük bir yaşam tariximizin multikultural ənənələrini, tolerantlığı dünyaya inteqrasiya edə bilməsi ilə əlaqədardır. Bunlar ölkəmizin ictimai-siyasi həyatının aparıcı xətti olduğundan dövlətçilik ənənələrimizin yeni məzmunda və anlamda inkişafının ən ümdə təzahürüdür. Son illərin mənzərəsi onu göstərir ki, belə bir imicin qazanılması heç də asanlıqla başa gəlməmiş, bunlar    Azərbaycançılıq məfkurəsinin yeni anlamda təşəkkülü və inkişafına bütün ömrünü həsr etmiş milli düşüncəyə malik vətənpərvər insanların sayəsində qazanılmışdır. alqın taleyini öz taleyində yaşayan Mehriban  xanım Əliyevanın həyatı uzun illərdir ki, bütün aydınlığı, genişliyi ilə gözümüzün qarşısındadır. Bu ictimai və mənəvi vəzifəni, məqsədi böyük bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başladı. Mehriban xanım hələ gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, müvəffəqiyyətlərə nail olması ilə fərqlənib. O, 1982-ci ildə Bakıda 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olub. 1988-ci idə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. Və bu illərdə özünün fəallığı, biliyi, işə münasibətilə seçilib.
Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, incə ruhlu, zərif təbiətli bir qadının - ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə təşəbbüsü sayəsində həyata keçirilir. Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban xanım  Əliyevanın daim diqqət mərkəzində olmuşdur.
Mehriban xanım Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Birinci xanımın beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın yeri xüsusi olduğundan burda onu xatırlatmağı vacib sayıram. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Zənnimcə, bu mükafat ona daha çox sevinc hissi yaşatdı, onu çox duyğulandırdı. Mükafatın təqdimolunma mərasimindəki çıxışı iki il ərzində  çəkdiyi əziyyətləri, keçirdiyi narahatlığı, duyduğu məsuliyyətdən doğan fərəh hissini bütünlükdə ifadə edirdi...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin sürətli və davamlı inkişafına yeni  töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil Onun hər zaman dövlətçiliyimizə, xalqımıza  xidmət etmək istəyi, arzusudur. 

10.08.2025



[email protected]