QƏLƏBƏYƏ APARAN UĞURLU YOL - ZƏFƏRİMİZİN 5 İLİ

Əliyeva-Məmmədova Günel
Bakı Dövlət Universitetinin 
Asiya və Afrika ölkələri tarixi kafedrasının              
tarix üzrə fəlsəfə doktoru, dosent

SSRİ-nin dağılması dünyanın hərbi-siyasi və iqtisadi konfiqurasiyasını kökündən dəyişdirdi. Bütün bu hadisələr dünyanın siyasi xəritəsində yeni müstəqil dövlətlərin və eyni zamanda bir sıra ərazi münaqişələrinin yaranması ilə müşayiət olunurdu [5]. 
Bu dönəmdə dövlət müstəqilliyini bərpa etdikdən sonra gənc Azərbaycan Respublikası bir sıra problemlər ilə üzləşdi.
            Bunlar ölkədə başlayan vətəndaş müharibəsi, ciddi iqtisadi problemlər, işsizlik, korrupsiya və nəhayət, Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsidir ki, nəticədə Azərbaycan ərazisinin 20% -ı işğal  edilmişdir. 
            Dağlıq Qarabağ münaqişəsi, əslində yolverilməz olan beynəlxalq hüququn kobud şəkildə pozulmasının nəticə idi. Terror sülh və əməkdaşlığı təhdid edən əsas təhlükələrdən biridir. Erməni terrorizmi Azərbaycan Respublikasının milli təhlükəsizliyinə əsas təhdid halına gəldiyindən Azərbaycan daim terror təhlükəsinə məruz qalan ölkələrdən biri olmuşdur. 
Lakin, Ulu Öndər Heydər Əliyevin  hakimiyyəti illərində Azərbaycan saysız uğurlara imza atmışdır. Heydər Əliyevin uğurlu daxili  və xarici siyasəti  bütün sahələri əhatə etmişdir. 
Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, siyasətimiz hər zaman düzgün və ədalətli olmuş, bu səbəbdəndir ki, ölkəmiz bütün sahələrdə uğur qazanmışdır.
Heydər Əliyevin uğurlu daxili siyasətinin nəticəsi olaraq mənəvi dəyərlərimizin  qorunması, bütövlükdə, müstəqillik illərində savadlı, vətənpərvər, cəsur bir nəslin yetişməsinə gətirmişdir ki, bütün sadaladıqlarımız 44 günlük Vətən müharibəsi dövründə özünü bir daha sübüt etmişdir. 
Daha bir vacib məqam isə, bu siyasətin Ulu Öndər Heydər Əliyevdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən inkişaf etdirilərək davam etməsidir. 
İlham Əliyev  çağdaş tariximizdə bir sıra “ilk”lərə imza atmışdır. BMT Baş Məclisində çıxış edən ilk Baş nazirimiz, Təbrizə səfər edən ilk dövlət rəhbərimiz olmuşdur. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. İlham Əliyev Təhlükəsizlik Şurasının iclasına sədrlik edərək və ən vacib dünya məsələləri barədə nitq söyləyərək dünya müdiriyyətinə rəhbərlik etmişdir. Azərbaycan kosmosa ilk peykini göndərərək Kosmos klubunun üzvü olmuşdur. Tariximizdə ilk dəfə olaraq İlham Əliyev “dövlət canlı orqanizmdir, daim genişlənməlidir” geosiyasi nəzəriyyəsini xarici ölkələrə sərmayələr qoymaqla, geniş əməkdaşlıq yolu ilə gerçəkləşdirdi [4, s. 920]. 
            Azərbaycanın qabaqcıl, modern bir ölkəyə çevrilməsi kimi məsuliyyətli və şərəfli işdə cənab Prezidentə ən böyük dəstək olan ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. O, özünün ictimai-mədəni həyatda fəal iştirakı, sosial ədalət və humanizm çağırışları ilə istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda ictimai və siyasi xadim kimi tanınır, böyük rəğbətlə qarşılanır [3, s.5]. 
        Zəfərimiz ölkəmizin qarşısında yeni imkanlar açdı: genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri dünyada əks-səda verdi. Qarabağda hava limanlarının tikilməsi ən zəruri məsələlərdən biri oldu.  
            Qarabağın, eləcə də, Şərqi Zəngəzurun böyük iqtisadi potensialı həmin ərazilərimizdə istehsal ediləcək məhsulların xarici bazarlara ixrac edilməsi baxımından hava limanlarına ehtiyac yaratdı. Qarabağda hava limanlarının inşası regionun, habelə Şərqi Zəngəzurun turizm imkanlarının reallaşmasına da xüsusi töhfə verəcək. Həmçinin, Füzuli, həm də Zəngilan hava limanları, Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bu isə öz növbəsində Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya deməkdir [1, s.3]. 
Beləliklə, 44-günlük Vətən müharibəsi zamanı qazandığımız qələbəni, dövlətimizin  bu illər ərzində  uğurlu, dəqiq, uzaqgörən bir siyasət aparmasının nəticəsi kimi dəyərləndiririk [2, s.220]. 
Uzunmüddətli sazişlərin imzalanması və icrası, ölkədaxili sabitlik və inkişaf,  qətiyyətli zəfərimiz Azərbaycan Respublikasını bütün böyük dövlətlərin diqqət mərkəzinə çevirir. Günümüzdə neft və qaz, bir çox qida məhsulları ixrac edən, öz milli hərbi sənayesinə sahib olan Azərbaycan, vacibliyini bir daha sübut etməkdədir.
Beləliklə, Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin yaratdığı və bizlərin gələcək nəsillərə ötürə biləcəyimiz bir sərvətdir.
İstifadə edilmiş ədəbiyyat  siyahısı
  1. Bədəlov, Ə. Tarixi qələbə ölkəmizin qarşısında yeni imkanlar açıb // Xalq qəz. 17 fevral, 2022-ci il, s.3
URL:https://anl.az/down/meqale/xalqqazeti/2022/fevral/781670(meqale).pdf 
  • 2.     Əliyeva-Məmmədova, G. Heydər Əliyev və Azərbaycanda din  siyasəti // Müstəqil Azərbaycanın memarı – beynəlxalq elmi konfrans, Bakı, 26-27 aprel, 2023, s.218-220
  • 3.     Qarayev, Ə. Prezident İlham Əliyev və mədəniyyət (2013-2018). 2 cilddə. I cild. Bakı, 2018, 584 səh. 
URL:  https://elibrary.az/docs/ebooks/ilham_aliyev_medeniyyet_1.pdf 
  • 4.     Qasımlı, M. Müasir Azərbaycanın qurucusu // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası. Məqalələr (2009-2014-cü illər)
URL: https://dq.mia.gov.az/upload/2.pdf 
  1. Вардомский Л. Между глобализмом и регионализмом: проблемы и тенденции регионализации постсоветского пространства -http://ecsocman.hse.ru/data/2012/05/03/1271949024/4.pdf-

13.07.2025


[email protected]