Abşeronda avtomobildən 19 kq narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Kriminal.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Elvin Quliyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 5 kiloqram heroin və metamfetamin aşkarlanıb.
[email protected]