Cüdo millisinin baş məşqçisi: Azərbaycan bayrağını və himnini beynəlxalq arenada layiqincə təmsil etmək böyük şərəfdir

Hisslərimi sözlə ifadə etmək çətindir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarında uğurla çıxış etmiş Azərbaycan millisinin baş məşqçisi Emin İsgəndərov jurnalistlərə açıqlamasında deyib.
O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Uşaqlarımız fərdi yarışda uğurla çıxış etdi. Onlar üçün deyiləcək xoş sözlər çoxdur. Sevindirici məqamlardan biri də odur ki, bir gündə üç çəki dərəcəsində medallar əldə etdik. Azərbaycan bayrağını və himnini beynəlxalq arenada layiqincə təmsil etmək böyük şərəfdir. Ümid edir ki, bunun ardı gələcək".



[email protected]