“Fənərbağça”nın çalışdırıcısı Avroliqada ilin ən yaxşı baş məşqçisi seçilib
Türkiyənin “Fənərbağça” basketbol komandasının çalışdırıcısı Sarunas Jasikevisius Avroliqada ilin ən yaxşı baş məşqçisi seçilib.
AZƏRTAC xəbər verir ki, litvalı mütəxəssis bu münasibətlə “Aleksander Qomelski” mükafatına layiq görülüb. O, ilk dəfə bu titula sahib çıxıb.
İstanbul klubu S.Jasikevisiusun rəhbərliyi altında bu mövsüm Avroliqanın müntəzəm mövsümünü 23 qələbə ilə ikinci sırada tamamlayıb və pley-offa vəsiqə əldə edib.
[email protected]