AZƏRBAYCANIN LİDERİ İLHAM ƏLİYEVƏ DOĞUM GÜNÜ TƏBRİKİ

Məlahət Abdullayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti, 
Riyaziyyat fakültəsi, 
Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının dosenti,

"Heydər Əliyev-100" media mükafatı laureatı 

Bu gün Azərbaycan Respublikasının Prezidenti, müdrik liderimiz İlham Heydər oğlu Əliyevin doğum günüdür. Cənab Prezident, Sizin çoxşaxəli fəaliyyətinizlə daim qürur duyur və bu əlamətdar gün münasibətilə Sizə ən səmimi təbriklərimizi və dərin hörmətimizi çatdırırıq.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya miqyasında böyük nailiyyətlər əldə etmiş, həm daxili, həm də xarici siyasətdə mühüm uğurlara imza atmışdır. Daxili siyasətdə ölkəmizin iqtisadi inkişafı, regionların sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi, milli mədəniyyətimizin qorunması və təhsil islahatları Sizin yorulmaz fəaliyyətinizin bariz nümunəsidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər Sizin güclü iradənizin və xalqımızın milli birliyinin təntənəsi olmuşdur. Qarabağ torpaqlarının azad edilməsi, Zəfər Gününün hər il böyük coşqu ilə qeyd olunması Azərbaycan dövlətçiliyinin gücünün və milli ruhun yenilməzliyinin sübutudur. 

Sizin xarici siyasətiniz Azərbaycanı dünya arenalarında güclü tərəfdaş və strateji lider kimi tanıtmışdır. COP29 İqlim Konfransına ev sahibliyi etməyimiz, Azərbaycanın qlobal miqyasda ekoloji davamlılıq və enerji təhlükəsizliyi sahəsində aparıcı rola malik olduğunu bir daha nümayiş etdirdi. Bu konfrans Sizin uzaqgörən siyasətinizin nəticəsi olaraq Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi. 

Hörmətli Prezident, Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı daha firavan bir gələcəyə doğru inamla addımlayır. İnsanların rifahının yaxşılaşdırılması, iqtisadiyyatın diversifikasiyası və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində gördüyünüz işlər gələcək nəsillər üçün böyük bir irsdir.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Vətənimizə xidmətinizdə daha böyük nailiyyətlər arzu edirik. Qoy Sizin müdrik liderliyiniz Azərbaycanımızı daha parlaq gələcəyə aparsın!

Doğum gününüz mübarək, cənab Prezident! 


24.12.2024-cü il.




[email protected]