Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev

Vətəni və milləti qarşısın­da misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı ulu öndər Heydər Əliyevin xalq qarşı­sındakı ən böyük xidmətlərindən biri də, Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Bu, ondan irəli gəlirdi ki, vətənini canından çox sevən uzaqgörən insanı Azərbaycanın təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyi də düşündürürdü. 2003-cü ildə səhhətində ciddi problemlər yaranan vaxtlarda belə öz sağlamlığını deyil, xalqını və Azərbaycanın firavan gələcəyini fikirləşən böyük qəlbli şəxsiyyət Heydər Əliyev ictimai rəyə və ümumxalq mövqeyinə əsaslanmaqla Azərbaycan xalqına müraciət edərkən cənab İlham Əliyevi ölkəyə rəhbərlik etməyə qadir lider kimi gördüyünü bildirmişdir. Ölkəmizin taleyinin həlledici məqamlarında hər zaman olduğu kimi, yenə də Heydər Əliyevin müdrik məsləhətinin intizarında olan xalq məhz sonsuz inam bəslədiyi rəhbərin millətinin və dövlətinin gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsindən bəhrələnərək düzgün seçim etməklə, bu gün digər dövlət başçılarına örnək olan böyük tarixi şəxsiyyət cənab İlham Əliyevi Prezident seçdi.
Sirr deyil ki, dövlətimizin qüdrətlənməsində və əldə olunan uğurlarda, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında zəngin biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik böyük dövlət xadimi – Azərbaycan Respubli­kasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.Onun respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü böyük işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına töhfələr verməkdədir.Qeyd olunanlar, eləcə də Mehriban xanımın sadəliyi, təvazökarlığı, səmimiliyi, bütün məsələlərdə ədalətli mövqeyi, vətəninə və xalqına bağlılığı, insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xe­yirxah əməlləribu nəcib insana son­suz xalq məhəbbətini qazandırmışdır.Mehriban xanımın bəşər mədəniyyətinin inkişafı istiqamətindəki səriştəli fəaliyyəti, dövlətlərarası dialoq prosesinə verdiyi töhfələr və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər isə ona Azərbaycan xalqının sevgisi ilə bərabər, bir sıra xarici ölkə vətəndaşlarının da rəğbətini qazandır­mışdır.Birinci vitse-prezidentin, xüsusən də, Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları ümumbəşəri maraqlar naminə bir araya gətirmək, dini tolerantlığı, multikultura­lizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq səviyyədə təqdirolunur.Təsadüfi deyil ki, şöhrəti respub­likamızın hüdudlarından kənara çıxan Mehriban xanım Əliyevanın gördüyü böyük işlərin sədası dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən gəlir və Birinci vitse-prezidentin səmərəli fəaliyyəti digər ölkələr tərəfindən də ali dövlət mükafatları verilməklə yüksək qiymətləndirilir.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mükəmməl siyasətdən bəhs edərkən, bu gün dünyada bir nömrəli problemə çevrilən və planetimizi cənginə alan ko­ronavirus infeksiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizəni xüsusivur­ğulamaq lazımdır.Belə ki, bu təhlükəli virusun qlobal problemə çevrilməyə baş­ladığı ilk vaxtdan etibarən onun yayılma­sının və fəsadlarının qarşısının alınması, xalqımızın bu bəladan daha az zərər və minimal itki ilə çıxması üçün dövlət baş­çımızınçox tədbirli davranmaqla zama­nında müdrik qərarlar verməsi, həmçinin qətiyyətli addımlar atmaqla aidiyyəti dövlət orqanlarını və digər qurumları səfərbər edərək onlara göstərişlər, eyni zamanda, dəyərli tövsiyələr verməklə bütünpreventiv tədbirlərin görülməsini təmin etməsi ümumbəşəri bəla ilə mübarizədə dövlətimizin uğurlarını şərtləndirdi.Bununla da, vaxtında qəbul edilən doğru qərarlar və görülən ciddi tədbirlər nəticəsində koronavirus infek­siyasının ölkəmizdə geniş yayılmasının qarşısı qətiyyətlə alınır və dövlətimiz bu sınaqdan da uğurla çıxır.
Ölkə rəhbəri cənab İlham Əliyevə və Mehriban xanıma sonsuz inamı olan xal­qın elə ilk günlərdən onların çağırışına yekdilliklə dəstək olaraq xüsusi karantin rejimi qaydalarına şərtsiz əməl etməsi də sözügedən məsələyə öz müsbət təsirinigöstərdi.Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz lideri­nin ətrafında daha da sıx birləşdirərək insanlarda pandemiyaya qarşı mübarizə əzmi və böyük ruh yüksəkliyi yaratdı. Eyni zamanda, Mehriban xanımın “evdə qal” çağırışını böyükdən kiçiyə hamı rəğbətlə qarşıladı və heç kim zərurət olmadan evdən çölə çıxmadı. Çünki sağlam düşüncəli hər kəs yaxşı dərk edir ki, istər cənab Prezident İlham Əliyevin, istərsə də Mehriban xanımın hər bir çağırışı həmişə milli maraqların təmin edilməsinə, dövlətin qüdrətlənməsinə, xalqın rifahına və ölkədə firavan həyatın davamlılığına hesablanır.Xeyirxah məqsədlərə köklənmiş nəcib xarakteri ilə ürəkləri fəth etmiş Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xü­susi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də, leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qanehtiyatının yaradıl­masına dəstək çağırışı, onun hər zaman xüsusi qayğıya ehtiyacı olan insanların yanında olduğunun növbəti təzahürü idi.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezi­dent Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteran­ları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələriVətən uğrun­da, xalq yolunda öz qanını və canını əsirgəməyən, bu yolda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, həmçinin hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradaraq döyüş əzmini artırırdı ki, bu da haqq mübarizəsində qələbəmizə rəvac verdi.
Xüsusi vurğulanmalıdır ki, cənab Prezidentin ən sadiq məsləkdaşı Mehriban xanım Əliyevanın Vətən müharibəsi zamanı da yorulmaz fəaliyyəti diqqəti cəlb etmişdir.Birinci xa­nım ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etməyə müyəssər oldu.Cəbhədə döyüşən qəhrəman hərbçilərimizə, o cümlədən yaralılarımıza duaları və hərtərəfli dəstəyi ilə yardımçı olan, şəhidlərimizin, eləcə də həlak olan dinc insanlarımızın əzizlərinin ağrı-acısına şərik çıxaraq bir ana, birbacı kimi doğ­ma və qayğılı münasibəti ilə onları ovun­duran Birinci vitse-prezident xalqımıza böyük təsəlli oldu.
Bu gün cənab Prezidentə ünvanlanan minnətdarlıq məktublarının ardı-arasının kəsilməməsi, Mehriban xanımın saysız-hesabsız xeyirxah təşəbbüslərinə görə insanların məmnunluq hissləri ilə dolu təşəkkürlərini ifadə edən müraciətlərinin səngiməməsi ölkədə həyata keçirilən uğurlu siyasətin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənməsinin təcəssümü, hər iki vətənpərvər və xalqını sevən insa­na olan sonsuz xalq məhəbbətinin təzahürüdür.
Tarixi ədalətin bərpası və haqqın qələbəsi
Ölkəmizin uğurlarından bəhs edərkən ötən il xalqımızın müasir Azərbaycan tarixinin ən böyük uğurlarından birini əldə etdiyini sonsuz fərəh və qürur hissləri ilə xüsusi vurğulamaq zəruridir.Bu gün böyük iftixarla deyirik ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dam­lası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan hərbçilərimiz parlaq qələbəmizi təmin et­miş, nəticədə hərbi və siyasi-diplomatikyolla 30 ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız azad edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Dövranın gərdişini dəyişən müdrik lider və yenilməz sərkərdə – İlham Heydər oğlu Əliyev dühasının Azərbaycana qazandırdığı möhtəşəm qələbə xalqa ən dəyərli ərməğan olmuş­dur.
Həyata keçirilən uğurlu xarici siyasətin və görülən böyük işlərin nəticəsində bütün dünyaya məlum idi ki, Ermənistan uzun zaman ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tari­xi torpaqlarını – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır.BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanın işğal olun­muş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, həmin qətnamələr icra olunmur, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar isə heç bir tədbir görmürdü. Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qeyd olunan qətnamələri yerinə yetirmir, hər vəchlə münaqişəni mümkün qədər çoxvə daha uzun müddətə dondurmağa çalışır və status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırış­larına məhəl qoymayaraq onları cavab­sız qoyurdu.
Qazanılan diplomatik uğurla­ra baxmayaraq, gedən proseslər, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin icra edilməməsi bu qənaətə gəlməyə əsas verirdi ki, beynəlxalq hüquq sözügedən məsələyə dair hissədə işləmir.Bütün bunları nəzərə alan müdrik rəhbərimiz cənab İlham Əliyev münaqişənin həlli ilə bağlı hər iki istiqamətdə işini etibarlı tutaraq, beynəlxalq dəstək və hüquqi baza yarat­maqla bərabər, həm də rəşadətli Silahlı Qüvvələr formalaşdırmışdır.Ulu öndər Heydər Əliyevin ordu quruculuğu stra­tegiyasını zamanın tələbləri ilə uzlaşdır­maqla reallaşdıran möhtərəm Preziden­timiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmışdır.Bununla da, artıq Azərbaycan Silahlı Qüvvələri müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər dəfə mötəbər kürsülərdən deyirdi: “...Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik...”.Hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin əsgəri, çavuşu, giziri, zabiti və generalı tarixi torpaqlarımızı düşmənlərdən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir və buna hər an hazır idi.Xalqımız tam əmin idi ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğal altında olan tarixi torpaqlarımız tezliklə düşmənlərdən təmizlənəcək və doğma yurdumuzun hər bir guşəsində Azərbaycan bayrağı dalğalanacaqdır.
Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə göstərdi ki, Azərbaycan uzun müddət işğal altında olan torpaqlarını bu vaxta qədər istənilən an hərbi yolla düşmənlərdən azad edə bilərdi.Bununla belə, ölkəmiz bu məsələnin beynəlxalq hüquqla və sülh yolu ilə öz həllini tapmasının tərəfdarı olduğundan bu qədər səbrlə davran­mış, lakin düşmənin ikrah doğuran hərəkətləri, o cümlədən məlum son təxribatları haqqsavaşının başlanmasını labüd etmişdir.
27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silah­lı Qüvvələrinin növbəti dəfə təxribat törədərək genişmiqyaslı şəkildə cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu.Dövlət başçısı cənab İlham Əliyevə olan sonsuz inam xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Ali Baş Koman­danın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən işğal altında olan ərazilərimizin bir-birinin ardınca qısa zamanda erməni qəsbkarlarından təmizlənməsi düşmənin zəbt etdiyi tarixi torpaqlarımızın tezliklə tam azad ediləcəyindən və ərazi bütöv­lüyümüzün bərpa olunacağından xəbər verirdi ki, bu da xalqda, o cümlədən orduda olan ruh yüksəkliyini daha da artırırdı. Elə ilk günlərdən düşmənə sarsı­dıcı zərbələr vuran qəhrəman övladların ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi, o cümlədən 4 okt­yabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubad­lı və nəhayət 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və düşmənin kapitulyasiya aktı­nı imzalaması ilə nəticələndi. Ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın işğaldan azad edildi. Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı və ədalət bərpa olundu.Təbii ki, bütün bunlar müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizli­yinin sıx vəhdətinin nəticəsində mümkün olmuşdur.
Fürsətdən istifadə edərək, cənab Prezidenti ad günü münasibətilə təbrik edir, uğurlar, can sağlığı və daim qələbələr arzulayırıq. 
Zəminə Taryelqızı
LDU-nun müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,
ABİ-nın Bölgə üzrə Lənkəran təşkilatının məsul katibi,
musiqişünas-bəstəkar, "Qalib Lider" media medalı

mükafatı laureatı

24.12.2024


[email protected]