Görkəmli dövlət xadimi

Rəhimova Rəqibə Cəfər qızı   
Göyçay şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının müdiri,
Heydər Əliyev-100 media mükafatı laureatı
Görkəmli dövlət xadimi kimi Prezident İlham Əliyevi xarakterizə edən ən başlıca xüsusiyyət onun dünyanın və ölkənin başlıca inkişaf tendensiyalarını yüksək siyasi həssaslıqla duya bilməsi, buna uyğun qərarlar qəbul etməsi və onları uğurla həyata keçir­məsidir. Məhz buna görə İlham Əliyev nəyi nə vaxt edəcəyini bilən dövlət başçısı kimi xüsusi imic qa­zanmışdır. Ona görə də onun daxili və xarici siyasət xəttinin əsasını təşkil edən prioritetlərin dinamikası və reallaşdırılması xüsusi önəm kəsb edir. İlham Əliyevin hakimiyyətinin birinci dövründə onlarla belə prioritet ayırmaq mümkündür. 
İlk belə prioritet kimi dövlət quruculuğunun daha da inkişaf etdirilməsi və onun modernləşdirilmə­si diqqəti cəlb edir. Konstitusiya referendumlarına görə, eyni şəxsin 2 dəfədən çox prezident seçilmə­si (18 mart 2009-cu il), prezidentlik müddətinin 5 il­dən 7 ilə çatdırılması, birinci vitse-prezident və vit­se-prezident vəzifələrinin təsis edilməsi (28 sentyabr 2016-cı il) xalq tərəfindən bəyənilmişdir. Bununla da hakimiyyətdə varisliyin təmin edilməsi və dövlət ha­kimiyyətinin qeyri-konstitutsion yol ilə həyata keçiril­məsi təcrübəsinə son qoyulmuşdur. 
İlham Əliyevin dövlət quruculuğunun şah əsəri Azərbaycan Ordusu hesab oluna bilər. Dövlət baş­çısının ordu quruculuğu konsepsiyasına görə, o sa­dəcə müasir silahla silahlanmış əsgər və zabitlərdən ibarət bir qurum olmayıb, Azərbaycanın sosial-iqti­sadi, siyasi-mədəni və hərbi qüdrətinin təcəssümü olmalı idi. Azərbaycan ordusu nəyin bahasına olur­sa-olsun dövlətin ərazi bütövlüyünü təmin etməyə qadir olmalı idi. İlham Əliyev hərbi dühası ilə buna nail ola bildi.
Ən mühüm prioritetlərdən biri kimi xarici siyasə­ti ayırmaq olar. Bu onunla izah olunur ki, iqtisadiy­yat, sosial həyat və s. prioritetlər müəyyən edildik­dən sonra onların həyata keçirilməsi istiqamətində müəyyən hazırlıq işləri aparılır. Xarici siyasətdə isə fasilə etmək mümkün olmur, əsas məsələləri para­lel şəkildə həll etmək tələb olunur. Daha bir vacib məsələ ondan ibarətdir ki, digər sahələrdə müəyyən komanda ilə fəaliyyət göstərmək mümkün olduğu halda, xarici siyasət bilavasitə Prezident tərəfindən hazırlanır və həyata keçirilir. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinədək olan dövrdə Azər­baycanın xarici siyasət xətti qarşısında duran bütün məsələləri uğurla həll etdi. 
İlham Əliyevin uğurlu xarici siyasəti nəticə­sində Azərbaycan 2019-cu ilin oktyabrında 2011-ci ilin may ayında üzvlüyünə qəbul olunduğu, BMT-dən sonra ikinci böyük təşkilat olan, Qoşulmama hərəka­tının sədrliyini qəbul etdi. Bu hərəkat İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı beynəlxalq diplomatik dəstəyin təmin edilməsində böyük rola malik oldu.
Ölkə rəhbəri İlham Əliyevin prioritetləri içəri­sində dövlətin iqtsadiyyatının möhkəmləndirilməsi daim əsas yerlərdən birini tutmuşdur. Azad bazar iqtisadiyyatına keçid başa çatdırılmış, yeni, modern iqtisadi münasibətlər formalaşdırılmışdır. Ənənə­vi yanacaq-energetika sisteminin inkişafı ilə birgə, iqtisadiyyatın şaxələndirilməsi diqqət mərkəzində olmuşdur. Qeyri-neft sektoru sürətlə inkişaf etdiril­mişdir. Azərbaycan regionlarının sosial-iqtisadi inki­şafına dair dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023) qəbul olunmuşdur. 
Müdrik və uzaqgörən dövlət başçısı İlham Əliyev ənənəvi prioritetlərdən olan səhiyyə, turizm, elm, gənclər, ekologiya, mədəniyyət, humanitar və idman siyasəti ilə birgə, Azərbaycan tarixində yeni bir is­tiqamətin – multikulturalizm siyasətinin əsasını qoy­muşdur. Bu siyasət nəticəsində tarixin dərin qatla­rından gələn multikulturalizm ənənəsi Azərbaycanda həyat tərzinə çevrilmişdir. 
İlham Əliyev nəinki Azərbaycan tarixində dərin iz qoymuş görkəmli dövlət xadimləri, eləcə də bir sıra dövlətlərin dünya tarixinə adını yazdırmış liderləri ilə müqayisədə yeni, fərqli bir dövlət başçısı obrazı ya­ratmağa nail olmuşdur.
Bu günlərdə cənab Ali Bş Komandanın doğum günüdür. Fürsətdən istifadə edib, bu münasibətlə cənab Prezidentimizi təbrik edir, hər zaman uğurlu fəaliyyətində qələbələrimizin davamlı olmasını arzulayırıq. 

21.12. 2024



[email protected]