Müzəffər Ali Baş Komandanın Zəfər salnaməsi
ASTANOVA ARZU DAĞBƏYİ QIZI
ADPU-nun “Analitik və üzvi kimya”
kafedrasının baş müəllimi
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 44 günlük müharibədə əldə etdiyimiz zəfərin, bütövlükdə Azərbaycanın uğurlarının memarıdır. Milli maraqlardan bir addım belə geri çəkilməmək konsepsiyası, ən çətin zamanlarda Azərbaycan xalqının iradəsinə və milli birliyimizə güvənmək bacarığı Azərbaycanın Vətən Müharibəsində qələbəsi ilə nəticələndi. İndi həmin zaman kəsiyinin hər addımına diqqət yetirəndə prezident İlham Əliyevin Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin, ordunun maddi-texniki bazasının gücləndirilməsi üçün atılan addımların, bütün təzyiqlərə və basqılara baxmayaraq bu istiqamətlərdə mühüm irəliləyişlərin əldə olunmasının, beynəlxalq müstəvidə bir çoxlarının anlamadığı uğurlu manevrlərin bugünkü qalib Azərbaycanın ortaya çıxmasına zəmin yaratdığını görə bilirik.
Azərbaycan torpaqlarını işğaldan azad edən o gənclər prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə yetişən insanlardır. Biz, bir az geriyə nəzər salsaq, Azərbaycanın gənclər siyasəti istiqamətində yürütdüyü siyasəti, görülən işləri, diqqətə alaraq bütün bunların vahid plan əsasında həyata keçirildiyini görə bilərik. İdman yarışlarında bayrağımız yüksəklərdə dalğalandırılarkən xalqın keçirdiyi qürur hissi bizə həm də vətənpərvərlik ruhunun yüksəldilməsinə şərait yaratdı. Vətən müharibəsi dövrü zaman keçdikcə milli ruhumuzun daha da yüksəldilməsində müstəsna rol oynayacaq.
Zamanın hər dövründə, hər bir qanlı müharibələrdə ən böyük qələbə - iradə, qətiyyət göstərərək, düzgün addımlar ataraq, düzgün qərarlar qəbul edərək müharibədə qalib gəlməklə yanaşı, maksimum insanın həyatını xilas etməyi bacarmaqdır. Əbəs yerə deyil ki, belə qələbələrə imza atanlar həm Müzəffər sərkərdə, həm də Xilaskar lider olaraq tarixə düşür, könülləri fəth edir, xatirələrdə, tarixin səhifələrində əbədi olaraq qalırlar.
Qırx dörd günlük Vətən müharibəsində şanlı Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, üç rayonumuzun düşməndən döyüşsüz azad edilməsinə nail olmaqla minlərlə insanın həyatını xilas edən, ölkəsinin vətəndaşlarının həyatının dəyərini hər şeydən uca tutan humanist Xilaskar Sərkərdə kimi də adını tarixə qızıl hərflərlə yazdı və bir sərkərdə olaraq son 200 ilin ən möhtəşəm, ən parlaq Qələbəsinə, şanlı Zəfərə imza atdı. Bu da Azərbaycan xalqının həyatında ən qürurverici və əbədiyyən unudulmayacaq tarixi hadisədir.
Fürsətdən istifadə edərək, Müzəffər Ali Baş Komandanı 24 dekabr -doğum günü münasibətilə təbrik edir, can sağlığı, zəfərlə dolu günləri bundan sonra da Azərbaycanımızın taleyinə yazmaq yolunda uğurlar diləyirik.
21.12.2024
[email protected]