Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının QƏHRƏMANIDIR!
Zülfiyyə Aslan qızı Quliyeva
Lənkaran RMX-sı ASM-in Baş tibb bacısı (uşaq poliklinikası),
"Qalib Lider" medalı media mükafatı laureatı
Tarixin dərinliklərindən süzülüb gəlmiş Azərbaycan. Zaman-zaman parçalanan, parçalandıqca mübarizə əzmi daha da artan azərbaycan xalqı. Bu xalq yalnız sabahına inandığı ideologiyanın arxasınca gedib. 100 illərlə mübarizələr aparıb və çox zaman humanistliyindən istifadə olunaraq itirib. Oğul itirib, ata itirib, qardaş itirib və ən nəhayət torpaq... XXI əsrə növbəti itkilərlə daxil olan xalqımız qazandığı, sabahına inandığı, gələcəyinə ən ali ümidlərlə baxdığı liderlə nəhayət yeni səhifə açmağa başladı. Ulu Öndərimizin Azərbaycana qayıdışı ilə xalqımızın sabaha olan ümidləri artdı. Müstəqillikdən bu yana ölkəmizi uçurumun kənarından xilas edən Ulu Öndərimiz Heydər Əliyevin siyasətinə, ideologiyasına tam olaraq inanan xalq İlham Heydər oğlu Əliyevi özünə rəhbər seçdi. Bugün ölkəmizdə uşaqdan böyüyə hər kəs Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adını eşidərkən fərəh, qürur hissi keçirir. Çünki cənab İlham Əliyev xalqımıza qələbə sevinci yaşadan tarixi şəxsiyyət olaraq beyinlərə həkk olunub. Bugün hər kəs öz Prezidentini sevir, ona inanır və dəstəkləyir. Cənab Prezidentin dediyi kimi 2003-cü ildən Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq. 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan vətəndaşını liderlik siyasətinin mərkəzinə qoyan cənab Prezidentin hər zaman ən əsas prioriteti xalqın rifahı olmuşdur. Cənab Prezident də Xələfi kimi Azərbaycan gəncini gələcəyin özü kimi qəbul edir və gəncliyin inkişafına siyasətində çox geniş bir yer ayırır. Ölkəyə “Yumşaq güc amili”nin effektivliyini göstərən, qadın azadlığının təcəssümü kimi dəyərləndirilən və dünya ölkələri arasında qadına verilən dəyərin yüksəkliyinin əslində necə olmalı olduğunun sübutu olan idarəçilik sistemlərində qadınlara əsas obrazın verilməsi siyasəti nüfuzumuza nüfuz qatan bir məsələdir. Ölkənin birinci xanımı Mehriban Əliyevanın, respublikanın tale yüklü məslələrində, idarə olunmasında yer alması, onun kimi bacarıqlı qadınların bu sahədə irəli çıxa bilməsinə şərait yaratması cənab Prezidentin xalqın varlığına və daimiliyinə necə önəm verdiyinin, demokratiyanın nə qədər tərəfdarı olduğunun bariz nümunəsidir. Son dönəmlərdə qazandığı uğurlarla ölkə gəncliyini arxasına alan cənab İlham Əliyev bütün sferalarda ölkəmizin maksimum səviyyədə təmsil olunmasına rəvac verir. 2020-ci ilin payızında əldə etdiyimiz Vətən Müharibəsi zəfəri, ölkəmizin eləcə də liderimizin nüfuzunu böyük ölçüdə artırdı. Bütün yollar Qarabağın azadlığına aparır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bundan sonra dünya artıq azərbaycanlının, onun liderinin sözünü dinləməyə məcbur oldu. Öz haqq yolunda nəhəng dövlətlərinin liderlərinin anti-Azərbaycan cəhdlərinin, danışıqlarının, suallarının və davranışlarının qarşısında dik və məğrur dayanan cənab Prezident İlham Əliyev bu gün dünya liderləri tablosunda özünəməxsus bir yerə sahibdir. Daima milli maraqları ön planda tutan İlham Əliyev Qarabağ məsələsndə sərgilədiyi peşakarlıq və prinsipial, dönməz mövqeyindən doğan cəsarətlə atdığı hər addımda daima uğur əldə etmişdir. Bu gün xalq onun arxasında vahid şəkildə birləşib. Bu gün onun ədalət prinsiplərinin, haqq səsinin ardınca 50 milyona yaxın bir kütlə addımalyır. Vətən Müharibəsi bunu bütün dünyaya göstərdi. Ədalət səsimizi qısmağa, haqqımız olanı almamızı yubatmağa çalışan bütün dünya təşkilatlarına rəğmən savaş qərarı verə bilmə iradəsinə və cəsarətinə sahib olan lider müharibəyə məhz “Mən ata vəsiyyətini yerinə yetirdim” ifadəsi ilə nöqtə qoydu. Bu Cənab Prezident üçün bütün uğurlarını özündə ehtuva edən tale yüklü bir cümlə idi. Hər birimiz o mükəmməl günü, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunma xəbərini verdiyi çıxışı xatırlayırıq. Dolmuş gözlərlə, titrəyən və qürur dolu səsi ilə xalqına 30 ilə yaxın atəşin duyğularla gözlədiyi xəbəri verməyin simasında yaratdığı ucalıq görüntüsü yəqin ki, heç bir azərbaycanlının xatirəsindən silinməz. Özünə miras olaraq vəzifəni, mövqeyi deyil də xalqın 30 illik arzusunun məsuliyyətini seçən bir Prezident təbii ki, lider adını haqq edən bir Prezidentdir. Bu vətən hər zaman öz qəhramanlarının hesabına var olmuş və ayaqda qalmışdır. Qürurverici haldır ki, bu gün Azərbaycan xalqı öz Prezidenti, lideri ilə fəxr edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının QƏHRƏMANIDIR!
Fürsətdən istifadə edərək, cənab Ali Baş Komandanı doğum günü münasibətilə təbrik edir, can sağlığı, daim qələbələr arzulayırıq.
21.12.2024
[email protected]