Kitabxanada “Nəbi Xəzri - 100” adlı videoçarx hazırlanıb
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Xalq şairi, nasir, dramaturq, publisist Nəbi Xəzrinin anadan olmasının 100 illiyi münasibətilə “Nəbi Xəzri - 100” adlı videoçarx hazırlanıb.
Kitabxanadan bildirilib ki, videoçarxda oxucu və izləyicilərə şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib. Qeyd olunub ki, dənizi və onun ətrini yayan xəzri küləyinə xüsusi sevgisi səbəbindən şair 1958-ci ildə “Xəzri” təxəllüsünü götürüb.
Müasir poeziyamızın görkəmli nümayəndəsi olan Nəbi Xəzri “Günəş” adlı ilk ciddi şeirini 16 yaşında qələmə alıb. Videoçarxda şairin məşhur şeir və poemalarının adları, eləcə də onun yaradıcılıq irsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, videoçarxda şairin aldığı mükafatlar, şeirlərinə bəstələnmiş mahnılar və xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlərə dair məlumatlar yer alır.
Videoçarx aşağıdakı keçiddə yerləşdirilib: https://www.youtube.com/watch?v=CvFtfkfG51k
[email protected]