AFFA adları oyun alqı-satqısında hallanan futbolçularla bağlı açıqlama verib

AFFA “Şamaxı” klubundan ayrılan futbolçular Giorgi Kantariyanın və Adil Nağıyevin oyun alqı-satqısında iştirak etmələri ilə bağlı yayılan iddialar barədə açıqlama verib.
Milli assosiasiyanın mətbuat xidmətindən bildirilib ki, həmin məsələ qurumun diqqət mərkəzindədir.
“İctimaiyyətə bu haqda müvafiq araşdırmalar aparıldıqdan sonra geniş məlumat veriləcək”, - AFFA-dan bildirilib.
Qeyd edək ki, “Şamaxı” iki futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam verib.



[email protected]