"Darra" Böyük Britaniyanı vurdu

Böyük Britaniyada tüğyan edən "Darra" qasırğası nəticəsində bir nəfər həlak olub və 100 mindən çox ev işıqsız qalıb. Bu barədə Sky News xəbər verir.
Xüsusilə Şimali İrlandiyada 46 minə yaxın ev elektrik enerjisinin kəsilməsindən təsirlənib. Uelsdə təxminən 55 min ev təsərrüfatında elektrik enerjisi kəsilib.
İngiltərə hökuməti hava şəraiti ilə bağlı sarı (artan) xəbərdarlıq edib. Meteoroloqların fikrincə, İngiltərədə küləyin sürəti saniyədə 30 metri keçə bilər. Şimali İrlandiya hakimiyyəti də güclü küləklə bağlı xəbərdarlıq edir.
Uelsdə güclü yağış proqnozlarına görə sarı xəbərdarlıq elan edilib. Bundan əlavə, Şotlandiya və İngiltərənin şimalındakı səlahiyyətlilər güclü leysan ehtimalı ilə bağlı xəbərdarlıq ediblər.
Qasırğa hava limanının işini də pozub, bir sıra dəmir yolu və avtomobil yolları müvəqqəti bağlanıb.




[email protected]