Bayrağımız mənliyimizdir, kimliyimizdir, mövcudluğumuzdur!
Коlesnikova Larisa Vladimirovna
ADPU, Xarici dillər mərkəzi, dosent
Bayraq millətin, dövlətin mövcudluğunun göstəricisidir. Üçrəngli dövlət bayrağımız öz mövcudluğu dövrünün ən əzəmətli günlərini yaşayır. Bayrağımız mövcudluqunun 104 ilində çox sınaqlardan çıxmışdır. Ümumimilli Lider Heydər Əliyev demişdir: ”Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir”. 1918-ci il noyabrın 9-da AXC tərəfindən qəbul olunmuş üçrəngli bayragımız cəmi 16 ay Nazirlər Şurasının binasının üzərində dalğalanmışdır. Təəssüf ki, AXC dövlət müstəqilliyini qoruyub saxlaya bilmədi. Üçrəngli bayrağımız 70 ildən sonra 1990-cı ildə noyabrın 17-də Naxçıvan üzərində, fevralın 5-də isə Azərbaycan Respublikasında yenidən dalğalanmağa başladı. Amma yenə də bayrağımız təhlükə ilə üzləşdi. Torpaqlar işğal olunur, dövlət müstəqilliyi yenidən itirilməsi qorxusu yaranmışdı. Ulu öndər Əliyevin hakimiyyətə qayıdışı üçrəngli dövlət bayrağımızın bünövrəsini bərkitdi və əbədi olaraq müstəqil Azərbaycan Respublikasının üzərində dalğalanmağını şərtləndirdi. Ulu Öndər bayrağımız haqqında demişdir:”Biz öz himnimizi, bayrağımızı, özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə dövlətimizə olan sədaqət , sevgi və məhəbbətin rəmzidir”. Bu gün bayrağımız daha əzəmətli və vüqarlı görünür. Bu gün Azərbaycan Respublikasının üçrəngli dövlət bayraqı dünya ölkələri boy sırasında daha uca və məğrur görünür. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında birləşməsinin başlıca amillərindən biridir. Son illərin dünya tarixində öz torpaqlarını düşmənlərdən təmizləyən ölkələr çox azdır. Xalqımız 44 günlük Vətən müharibəsində milli, etnik və dini mənsubiyyətindən asıllı olmayaraq Üçrəngli Dövlət Bayrağı altında birləşərək milli həmrəylik və birlik nümayiş etdirdi. İki il əvvəl başlanmış Vətən müharibəsində əsgər və zabitlərimiz üçrəngli bayrağımızı ürəyinin üstündə gəzdirərərək döyüşə qatıldılar. Azad olunan hər bir yüksəklik və yaşayış məntəqəsində üçrəngli bayrağımız yenidən dalğalanmağa başlandı. Nəhayət 8 noyabrda əziz Şuşada bayrağımızı dalğalandırmaqla Zəfərimiz təsdiq olundu. Ali Baş Komandan dünən 8 noyabrda Şuşada ,,Zəfər Günü,, ilə bağlı keçirilən tədbirdə bir daha qeyd etmişdir: “ Azərbaycanda nə görürük - birlik, qardaşlıq, dostluq! Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi” . Bayrağımız qələbəmizin simvoludur. Harda təmsil olunuruqsa orda üçrəngli bayrağımız dalğalanır. Bu gün üçrəngli bayrağımız dünya birliyi tərəfindən ən çox tanınan bayraqa çevrilmişdir. Arzumuz üçrəngli bayrağımızın tezliklə Xankəndində dalğalanmasıdır. İnanıram ki, buna da az qalıb. Çünki, Prezident İlham Əliyevin apardığı siyasət bizi buna nail edəcəkdir. Əgər lazım gələrsə xalqımız yenidən Dəmir Yumruqa çevriləcək və üçrəngli bayrağımızı hər şeydən uca tutaraq yeni hədəflərə doğru irəliləyəcəyik. Xalq şairi Bəxtiyar Vahabzadə “Bayraq” şerində yazmışdır: “Üçrəngli Bayrağın kölgəsində mən Qaraca torpağı vətən görmüşəm Zəfər güllərini dövrü-qədimdən Bayraq işğında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim Bayraq öz yurduna öz hakimliyim”. Bəli, üçrəngli dövlət bayrağımız qürur mənbəyimizdir, müqəddəsdir və doğmadır. Bayrağımız mənliyimizdir, kimliyimizdir, mövcudluğumuzdur.
[email protected]